Xəbərlər

Bakutel - Nazir: Azərbaycanda aparılan islahatlar ölkənin rəqəmsal mərkəzə çevrilməsinə xidmət edəcək

Nazir: Azərbaycanda aparılan islahatlar ölkənin rəqəmsal mərkəzə çevrilməsinə xidmət edəcək

27.04.2021

Xəbərlər

Ölkə başçısının "Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərmanın icrası rəqəmsal transformasiya sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini, idarəetmə, əlaqələndirmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsini təmin edəcək.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev "Facebook" hesabında yazıb.

Nazir əlavə edib ki, aparılan islahatlar ölkədə rəqəmsal transformasiyanın sürətlənməsinə və Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsinə xidmət edəcək.

"Hazırda gündəlik həyatımızın və iqtisadiyyatın bütün sahələrində rəqəmsal texnologiyaların tətbiqi və bunun nəticəsində istehsalın, xidmətlərin, həllərin, biznes proseslərinin, ümumilikdə cəmiyyətin dəyişməsi baş verir", - R. Nəbiyev qeyd edib.


TƏRƏFDAŞLAR