EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Sərgi qəzeti

Mobil əlavə

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası
Bakutel - “Ağıllı şəhər” üzrə idarəetmə sisteminin robotlaşdırılmış modeli
Media мərkəz » Xəbərlər

“Ağıllı şəhər” üzrə idarəetmə sisteminin robotlaşdırılmış modeli
05.12.2019

Xəbərlər

Dmitriy Smirnov, “Oracle” şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə regional direktoru

- “Oracle” şirkəti məlumatların emalı və saxlanması üzrə kompleks məlumat bazalarının aparıcı istehsalçısıdır. Lakin bununla yanaşı, biz “çatbot”, “blokçeyn” və başqa məhsullarımızı təqdim edirik.

Şirkət uzun müddətdir ki, Azərbaycan bazarında fəaliyyət göstərir və biz həmişə yeni məhsullar təqdim edirik. Xüsusən, builki sərgidə hazırda dünya ictimaiyyətinin əsas hərəkət istiqamətini təşkil edən və “Bulud” (“Cloud”) texnologiyasına əsaslanan həll variantı ilə işləyən “ağıllı şəhər” üzrə idarəetmə sisteminin robotlaşdırılmış modelini nümayiş etdiririk. Bizim həll variantı şəhər təsərrüfatını, nəqliyyatı, turizm və başqa sahələri idarə etmək “public-cloud” və “power-cloud” funksiyalarına imkan verir. Bu sistem artıq dünyada tətbiq edilir, məhdudiyyətsizdir, istənilən həcmi əhatə edir və tətbiq üzrə çevik həll variantıdır.

Bu il “Bakutel” sərgisi 25 illik yubileyini qeyd edir və bu, kifayət qədər uzun müddətdir. Sərgi populyarlığa və əhəmiyyətli nəticələrə nail olub. Mən yaxşı təşkilatçılığı və Ekspo Mərkəzinin pavilyonlarında hakim olan ümumi isti ab-havanı qeyd etmək istəyirəm. Biz burada aparıcı qlobal və yerli şirkətlərin nümayəndələrini görürük. Ən əsası isə ziyarətçilərin marağı bizi sevindirir. İKT cəlbedici istiqamətdir və gələcək onunla bağlıdır. Buna görə də mütəxəssis və sıravi vətəndaş kimi bu sektora nəzər salmaq maraqlıdır.



TƏRƏFDAŞLAR