EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Mobil əlavə

Hesabatlar
Bakutel -  “СКАТ DPI” proqram təminatının üstünlükləri
Media мərkəz » Xəbərlər

 “СКАТ DPI” proqram təminatının üstünlükləri
05.12.2019

Xəbərlər

İvan Sapunov, “VAS Experts” şirkətinin tərəfdaşlarla iş üzrə meneceri

- “VAS Experts” şirkəti məlumatların emalı ilə müşayiət olunan nəqliyyatın təhlili və idarə edilməsi, paketlərin təftişi və təsnifatı üçün “СКАТ DPI” proqram təminatını istehsal edir. “DPI” funksiyası ilə yanaşı, məhsula bir sıra əlavə imkanlar – qadağan edilmiş veb-saytların reyestri üzrə hərəkətin filtrasiyası, “Telegram”, “Whatsapp”, “Viber”, “VK” və digər populyar tətbiqlərin nişanları üzrə aşkarlama imkanları inteqrasiya edilib. Yüksək çeviklik üçün şəxsi ağ və qara siyahıları tətbiq etmək mümkündür.

Bizim məhsul sərgi çərçivəsində əlaqə qurmaq istədiyimiz rabitə operatorları üçün nəzərdə tutulub. “CКАТ DPI” sistemi rabitə xidmətlərini yaxşılaşdırmaq, hərəkəti təkmilləşdirmək istəyənlər üçün yaxşı seçimdir. Bizim həll variantları “CISCO” və “Еricsson” şirkətlərinin həll variantlarına alternativ olmaqla yanaşı, həm keyfiyyətinə, həm də qiymətinə görə onlarla rəqabət etmək iqtidarındadır. Rabitə operatoru bizim proqram məhsulu əsasında faktiki olaraq tam həcmdə şəbəkə özəyi yarada bilər. Yaxın gələcəkdə “BGP” şirkəti ilə əməkdaşlıq edə bilərik və rabitə operatoru olmaq üçün bizim şəbəkələrə billinq qoşmaq kifayət edəcək.

Məqsədim sərgidə məhsulumuzu birbaşa rabitə operatorlarına təqdim etmək, bizimlə öz servis və xidmətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəkləri barədə onlarda anlayış yaratmaqdır. Anlayış yarandıqda isə irəliləmək olar!



TƏRƏFDAŞLAR