EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Mobil əlavə

Sərgi qəzeti

Rəsmi kataloq
Bakutel - Sərginin üstünlüyü peşəkarları bir araya gətirməsindədir!
Media мərkəz » Xəbərlər

Sərginin üstünlüyü peşəkarları bir araya gətirməsindədir!
06.12.2019

Xəbərlər

Əhməd Eyyubov, “E-gov” layihəsi

Mən İT üzrə mütəxəssis kimi İKT sahəsində çoxdan çalışıram. Bizim təşkilat “ASAN” agentliyinin “Elektron hökumət” strukturudur. Biz bir çox dövlət layihəsində iştirak edirik. Sərgiləri ziyarət etmək mənim üçün vacibdir, belə ki, xidmət sahəsində istənilən yenilik, yerli və xarici şirkətlərin təklif etdiyi avadanlıq və yeni həll variantları mənim üçün maraqlıdır.

Robotlar sərgisini çox bəyəndim, onların həyatımızda və cəmiyyətdə tətbiqi ilə maraqlandım. Təqdim edilən 5-ci nəsil texnologiyalar böyük maraq doğurur. Mən iştirakçılar arasında yeni nəsil avadanlıq və texnologiyaları təqdim edən daha çox şirkəti görmək istərdim.

Sərgi bir çox tanınmış şirkətin öz xidmətlərini təqdim etməsi ilə faydalıdır. Hər kəsi birləşdirməsini isə sərginin üstünlüyü hesab edirəm. Biz bir neçə saat ərzində ən son texnologiyalar haqqında məlumat alır, səmərəli görüşlər keçirir, üfüqlərimizi genişləndirir, təcrübə mübadiləsi aparırıq. Qeyd etmək lazımdır ki, “Bakutel” sərgisi illər ərzində əhəmiyyətli dərəcədə dəyişib, genişlənib. Bu populyar foruma gələcəkdə inkişaf və uğurlar arzulayıram.



TƏRƏFDAŞLAR