EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Sərgi qəzeti

Mobil əlavə

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası
Bakutel - Televiziya yayımının monitorinqi
Media мərkəz » Xəbərlər

Televiziya yayımının monitorinqi
05.12.2019

Xəbərlər

Nikolay Milovanov, “Elecard” şirkətinin direktoru

“Elecard” şirkəti müxtəlif formatlarda video və audio faylların şifrələnməsi, deşifrə edilməsi, emalı (işlənməsi), ötürülməsi və qəbulu üçün proqram təminatının aparıcı layihəçisidir. Bizim müştərilər arasında rabitə, telekanallar, video-müşahidə sistemləri, video-müşahidənin kodlaşdırılması üzrə operatorlar yer alır.

Biz daha əvvəl Bakıya işgüzar səfərlər etmişik, “Bakutel” sərgisində isə debüt edirik. Biz bu gün maraqlı məhsulu təqdim edirik. Bu məhsul televiziya yayımının monitorinqi ilə bağlıdır. Onu quraşdırmaq, istifadə etmək asandır və o, xətasız xidməti təmin edir. Əsas tapşırıq müştərinin bu həll variantlarından qazanc əldə etməsidir. Biz burada stendin təşkil edilməsində bizə kömək etmiş ticarət və sənaye palatasının rəsmi təmsilçisi qismində iştirak edirik.

“Bakutel 2019” sərgisində iştirak gələcək əməkdaşlığı müzakirə etmək üçün tərəfdaşlarla görüşlər keçirmək baxımından rahatdır. Sərgi yeni əlaqələr qurmağa kömək edir və biz bu əlaqələr sayəsində Azərbaycan bazarındakı iştirakımızı daha da genişləndirmək niyyətindəyik. Bu günlər ərzində şirkətin həll variantları ilə maraqlanan müştəri və inteqratorlar bizə müraciət ediblər.

Sərgilər əlaqələrin qurulması üçün zəruridir. Onlar ideyaların reallaşdırılmasına, layihələrə investisiya yatırılmasına köməklik edir. İnsanlar fəal şəkildə əməkdaşlıq etmək üçün bir-birilərinə inanmalıdırlar. Mən “Bakutel” sərgisinə uzun illər ərzində inkişaf etməyi və öz 75 illik yubileyini qeyd etməyi arzulayıram!



TƏRƏFDAŞLAR