EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Mobil əlavə

Hesabatlar
Bakutel - Yaradıcı peşə sahibləri üçün ideal təklif!
Media мərkəz » Xəbərlər

Yaradıcı peşə sahibləri üçün ideal təklif!
05.12.2019

Xəbərlər

Ruslan Sadıqov, “Acer” şirkətinin satış üzrə meneceri

Biz “Bakutel” sərgisində dəfələrlə iştirak etmişik. Bu il yubiley sərgidə yeni məhsul olan müasir noutbukları qürurla təqdim edirik. Ən əsas məhsul xətti isə “ConceptD” məhsullarıdır. Bunlar fərdi kompyuter, monitor və noutbuklardır. Bunlar yaradıcı peşə sahibi olan insanlar – dizaynerlər, proqramçılar və montajla məşğul olan insanlar üçün ideal vasitədir. Həmçinin bizim ekspozisiyada ağırlığı 870 q. olan dünyanın ən nazik və ən yüngül noutbuku, eləcə də yeni oyun noutbuku təqdim edilir.

Hər kəsi stendimizə dəvət edirik. Biz burada geniş auditoriyanın olacağını gözləyirik, çünki “Acer” şirkətinin məhsulları həm peşəkarlar, həm də həvəskarlar üçün nəzərdə tutulub. Sərgidə iştirak etməklə qonaqlarda keyfiyyətli və yeni məhsullarla maraq oyatmaq və ətraflı məlumat vermək bizim üçün vacibdir. Bu, potensial müştərilərin sayını artırır və onlara etibarlı həll variantı seçimində kömək edir.

Mən sərginin təşkilatçılığını da bəyəndim. Burada çoxsaylı şirkətlərin iştirakı, maraqlı yeniliklər, stendlərin tərtibatı bizi sevindirir. Mən “Bakutel” sərgisinə inkişaf və yeni, maraqlı iştirakçılar arzulayıram!



TƏRƏFDAŞLAR