EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Dəvətnaməni əldə edin

Mobil əlavə

Stendin rezervasiyası

Rəsmi kataloq
Bakutel - Hər kəs üçün müasir ratsiyalar!
Media мərkəz » Xəbərlər

Hər kəs üçün müasir ratsiyalar!
05.12.2019

Xəbərlər

Fuad Maqsudov, “MAS” şirkətinin texniki direktoru

“MAS” (Mühafizə Analitika Sistemləri) şirkəti simsiz avadanlıqların (ratsiyaların) istehsalçısı olan Çinin “Hytera” şirkətinin Azərbaycandakı rəsmi təmsilçisidir.

Biz minimal komplektasiyalardan (1 km-lik radiusda işləyən lokal ratsiyalar) tutmuş bütün ölkə ərazisini əhatə etməyə imkan verən geniş həcmli komplektasiyalara qədər şirkətin bütün məhsul spektrini təqdim edirik. Məhsullar sertifikatlaşdırılıb və dünyanın ən yüksək standartlarına uyğun istehsal edilib, zəmanətə malikdir və texniki xidmətlə təmin edilir. Bizim stenddə paralel olaraq mobil telefon, eləcə də xüsusi proqramın köməyi ilə lokal istifadəçini izləyici kimi də istifadə edilə bilən “PNC 380” ratsiya modeli təqdim edilir.

Daha bir yenilik rabitənin olmadığı yerlərdə 40 km-lik diapazonda “LTE” siqnalı təmin edən, özüyaranan şəbəkə terminalıdır. Bu terminalın üç ekranı var, onların köməyi ilə xəritədə lokal ərazi müşahidə edilir, yerlərdən video-siqnal qəbul edilir və cari hadisələr tam nəzarətə götürülür.

Bizim məhsulların xüsusiyyəti onların dövlət orqanları və özəl strukturlarla yanaşı,  sıravi sahibkarlar tərəfindən də istifadə edilə bilməsindədir. Məsələn, lokal ratsiyalardan restoranlarda və ya kiçik müəssisələrin mühafizə xidməti tərəfindən istifadə edilə bilər. Biz Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bütün lazımi icazələrin alınmasında kömək edirik.

Şirkət sərgidə debüt edir və tədbir bizim üçün uğurla keçir. Ümidvaram ki, sərgi sayəsində “Hytera” brendinin ölkəmizdə tanınma miqyasını əhəmiyyətli dərəcədə genişləndirə biləcəyik.



TƏRƏFDAŞLAR