EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Sərgi qəzeti

Mobil əlavə

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası
Bakutel - “CISCO” şirkətindən üç aktual həll varianti
Media мərkəz » Xəbərlər

“CISCO” şirkətindən üç aktual həll varianti
05.12.2019

Xəbərlər

Viktoriya İtskoviç, “Cisco” şirkətinin distribyutoru - “Softprom by ERC” şirkətinin Memarlıq üzrə həll variantları bölməsinin direktoru

“Cisco” şirkəti şəbəkə texnologiyaları sahəsində qlobal liderdir. Bu gün şirkətin stendində üç həll variantı təqdim olunur.

Birincisi “Cisco-kinetic” həll variantı əsasında “ağıllı” şəhər idarəetmə sistemidir. Biz stenddə park yerlərinin datçiklərini, simsiz rabitəni (“Wi-Fi”), işıqlanma sistemini, video-müşahidə, ziyarətçilərin sayılması, ətraf mühitin keyfiyyət datçiklərini idarə edən “Cisco-kinetic” sisteminə qoşulmuş Bakı şəhərinin konkret avtovağzalını nümayiş etdiririk. Nəticələri real vaxt rejimində müşahidə edirik. Şəhərin istənilən digər terminallarını və parketmə haqlarının ödənişinin uçot xidmətlərini, pozuntuların monitorinqi və b. xidmətləri bu sistemə qoşmaq olar.

Növbəti ideya məsafədən video-rabitə sistemidir. Biz Bakı məktəbi ilə əlaqə yaratmışıq və sistemi məktəblilərə elektron dərsliklər haqqında məlumat vermək imkanını təmin edən distant təhsilə qoşmuşuq.

Üçüncüsü isə “е-asan” sistemidir. Bu, Azərbaycanın istənilən nöqtəsində pasiyentə məsləhət verə, təhlilin nəticələrini izah edə və onları ekranda nümayiş etdirə bilən poliklinika həkimi ilə uzaqdan əlaqə sistemidir.

Bütün bunlar “Cisco” şirkətinin inteqrasiya olunmuş kompleks məhsulları ilə  birləşdirilmiş kifayət qədər yeni həll variantlarıdır.

Vacib işgüzar əlaqələr Prezident İlham Əliyevin stendimizi ziyarət etməsi ilə müəyyən edildi və biz cənab Prezidentə sistemlərimizi nümayiş etdirdik.

Sərginin faydası onun ideya və layihələri xeyli sayda insana, o cümlədən iş adamlarına və sektorun peşəkarlarına təqdim etmək imkanındadır. Bu, həm iştirakçı şirkətlərin, həm də sərginin inkişaf perspektivlərini nümayiş etdirən əla platformadır.



TƏRƏFDAŞLAR