EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Mobil əlavə

Hesabatlar
Bakutel - “Bakinity” şirkətinin portfelinə daxil olan yeni layihə və təkliflər
Media мərkəz » Xəbərlər

“Bakinity” şirkətinin portfelinə daxil olan yeni layihə və təkliflər
05.12.2019

Xəbərlər

Eldar Qəmbərov, “Bakinity” şirkətinin Baş direktoru

“Bakinity” şirkəti 2001-ci ildə təsis edilib və Azərbaycanda aparıcı inteqratorlardan biridir. Şirkət bank, sığorta şirkətləri, dövlət müəssisələri, rabitə operatorları, təhsil, səhiyyə, inşaat şirkətləri, habelə topdansatışla məşğul olan şirkətlər üçün həll variantları təklif edir. Şirkətin əsasını inteqrasiya üzrə konsaltinq və layihələr təşkil edir. Şirkətin məhsul portfelinə məlumat mərkəzləri, məlumatların saxlanması, informasiya təhlükəsizliyi, şəbəkələrin konfiqurasiyası və qurulması üçün avadanlıq və proqram təminatı, eləcə də avadanlıqlara servis xidməti daxildir.

Biz “Bakutel 2019” sərgisində iki yeni məhsulu – üz tanıma sistemini, habelə dövlət müəssisələri və bankların təchiz edilə biləcəyi xüsusi kiosk və otaqları təqdim edirik. Üz tanıma sistemi izdiham içərisində ayrı-ayrı üzləri müəyyən etmək və qanun pozuntularını aşkarlamaq üçün nəzərdə tutulub. Bu sistem milyonlarla şəxsi eyniləşdirmə məlumatı yaradır və məlumat bazasında axtarışlar aparır, bu da onu dünyanın ən sürətli sisteminə çevirir.

Sərgidə iştirakımız “ağıllı həll variantlarının” inteqratoru kimi şirkətimizi təqdim etmək, şirkətin imkanlarını ziyarətçilərə nümayiş etdirmək və işgüzar tərəfdaş çevrəmizi genişləndirmək arzusu ilə bağlıdır.

“Bakutel” sərgisi uzun illərdir ki, ölkə və regionun İKT sənayesinin vacib tədbiri statusunu saxlayır. Sərgi sayəsində yeni şirkətlər öz məhsullarını müştərilərə təqdim etməyı, yeni əlaqələr qurmağa və öz bizneslərinin hüdudlarını genişləndirməyə nail olublar.



TƏRƏFDAŞLAR