Xəbərlər

Bakutel - Yeni məhsullarımız “Bakutel” sərgisində

Yeni məhsullarımız “Bakutel” sərgisində

05.12.2019

Xəbərlər

Ercü Eren Fosforoğlu, “ETK Kablo” şirkətində biznesin inkişafı üzrə mütəxəssis

- “ETK Kablo” şirkəti kabel istehsalı, telekommunikasiya, kanalizasiya, hidravlika, qaz infrastrukturu, avtomagistral və daşınmaz əmlak inşası ilə məşğul olan “ETK” şirkətlər qrupuna daxildir. “ETK Kablo” şirkəti 1979-cu ildə İstanbul şəhərində telefon kabellərinin istehsalçısı kimi təsis edilib. Bu gün bizim zavodda telekommunikasiya, fiber-optik, “DATA”/ “LAN” və “CCTV” kabelləri, elektrik nəzarəti və yanğından mühafizə kabelləri istehsal edilir.

Biz “Bakutel” sərgisində bütün məhsul xətləri ilə yanaşı, yeni məhsulları da təqdim edirik. onların arasında yeni nəsil yanğına davamlı fiber-optik və alət kabellərini xüsusən qeyd etmək istəyirik. Şirkət daim inkişaf edir və həmişə istehlakçıları yeni məhsullarla sevindirir. Şirkət dünyanın beş qitəsində yerləşən 70 ölkədə fəaliyyət göstərir və bizim məhsulların keyfiyyəti bütün dünyada yüksək qiymətləndirilir.

Sərginin gedişindən razıyıq. Bizim məhsullar ziyarətçilərdə maraq doğurur. Maraqlı görüşlər keçirmişik və əminik ki, onlar gələcəkdə Azərbaycanda biznesin inkişafı üçün müsbət nəticələr verəcək.