Xəbərlər

Bakutel - “Bakutel” sərgisinin vacib rolu

“Bakutel” sərgisinin vacib rolu

04.12.2019

Xəbərlər

Fariz Məmmədov, “Sumqayit texnologiyalar parkı” MMC

Mən “Bakutel” sərgisini həmişə böyük maraqla gözləyirəm. Bu il ziyarətimin əsas məqsədi iştirakçı şirkətləri bizim məhsullarla tanış etməkdir. Eyni zamanda bizim üçün vacib olan yeni məhsul və xidmət növlərini axtarır və təhlil edirəm. Sərginin ilk iş günündə yerli və Türkiyə şirkətləri ilə görüşlər keçirdik və danışıqlar, məlumat mübadiləsi apardıq. Ümid edirəm ki, bunlar gələcəkdə bizim işgüzar münasibətlərimizə müsbət təsir edəcək.

Robotların təqdim edildiyi və oyun platformalarının olduğu Ekspo Mərkəzin foyesindəki Robotlar parkı ekspozisiyasını bəyəndim.  Rabitə və telekommunikasiya sahəsində istənilən yeniliyi cəmiyyətimizə təqdim etmək baxımından “Bakutel” sərgisinin rolu çox böyükdür. Tədbirin keçirilməsini zəruri hesab edirəm, belə ki, biz məhz burada müasir texnologiyalar haqqında məlumat alır və təcrübə mübadiləsi üçün imkan əldə edirik. “Bakutel” sərgisinə gələcəkdə inkişaf və maraqlı iştirakçıların sayının artmasını arzulayıram.