EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Sərgi qəzeti

Mobil əlavə

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası
Bakutel - Mən yerli video-müşahidə bazarını təhlil edirəm
Media мərkəz » Xəbərlər

Mən yerli video-müşahidə bazarını təhlil edirəm
04.12.2019

Xəbərlər

Pavel Tuçkov, “Erli Video” (Rusiya) şirkəti

Mən Moskvadan gəlmişəm. Bizim şirkət video-yayım və video-müşahidə üçün proqram təminatının işlənməsi ilə məşğuldur. Azərbaycan bazarının və Azərbaycanın cəlbedici nöqtəyə çevrildiyi ətraf ərazilərin inkişafı fonunda maraqlı imkanlar bizi bu sərgiyə gətirib.

“Bakutel” sərgisini ilk dəfə ziyarət edirəm. Təəssüratlarım müsbətdir. Tərəfdaşlarımızı sərgidə iştirakçı qismində görmək bizi məmnun etdi. Mənim gözləntilərim yerli video-müşahidə bazarının inkişafı və efir üçün televiziya kontentinin çatdırılması ilə bağlıdır. Şübhəsiz, sərgi yeni satışların aktivləşdirilməsi və layihələrin yerli bazarda populyarlaşması üçün zəruridir. Bu bazar üçün planlardan asılı olaraq “Bakutel” sərgisində iştirak etmək, ya da heç olmasa, qonaq qismində tədbirə qatılmaz vacibdir. Sərgisiz bazarın bütöv təsvirini təsəvvür etmək çətindir.

Sərgiyə gələcəkdə inkişaf, daha çox dolğunluq və genişmiqyaslılıq arzulayıram. Gələcəkdə burada daha çox yeni şirkət və bu sənaye sahəsində çalışan əməkdaşların peşəkar ünsiyyət qurması üçün xüsusi zonanın, eləcə də daha çox inteqratorun olmasını istərdim.



TƏRƏFDAŞLAR