EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Sərgi qəzeti

Mobil əlavə

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası
Bakutel - Faydalı və maraqlı görüşlər keçirdik
Media мərkəz » Xəbərlər

Faydalı və maraqlı görüşlər keçirdik
04.12.2019

Xəbərlər

Samir Nəbiyev, “MUK” şirkətinin direktoru

Bizim şirkətin yaşı 20-dən çoxdur. Şirkətin əsas fəaliyyət istiqamətləri kompyuter texnikasnın, periferiya və şəbəkə avadanlıqlarının, proqram təminatı, infrastrukturun qurulması və əlaqədar servislərin distribusiyasından ibarətdir. Şirkətin baş ofisi Ukraynada yerləşir və bir çox MDB ölkəsində nümayəndəliyimiz var. Biz Şərqi Avropa ölkələrində də ofislər açmağı planlaşdırırıq.

Şirkət 2015-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və o vaxtdan bəri biz yeni layihələr üzərində fəal iş aparırıq və artıq bazarda öz yerimizi tutmuşuq. Digər firmalarla əlaqələri genişləndirmiş, tərəfdaş və müştərilər ilə bir çox marketinq tədbirləri keçirmişik.

Bu bizim “Bakutel” sərgisində ikinci iştirakımızdır. Məqsəd aydındır – şirkəti, onun xidmət və məhsullarını potensial müştərilərə effektli şəkildə təqdim etmək və tərəfdaş bazasını genişləndirmək. Sərgi çox maraqlı, dolğundur. Biz artıq tanınmış tərəfdaşlarla, eləcə də yeni şirkətlərin nümayəndələri ilə maraqlı görüşlər keçirmişik. Sərgi konkret sahə ilə yanaşı, bütövlükdə, ölkə iqtisadiyyatının inkişafına təsir edir. Telekommunikasiya və rabitə sahəsinin xəbərlərindən məlumatlı olmaq üçün belə tədbirlərdə fəal iştirak etmək bizim üçün vacibdir. Yubiley ilində “Bakutel” sərgisinə uğurlar, çiçəklənmə və bu gözəl ənənəni qoruyub saxlamağı arzulayıram.



TƏRƏFDAŞLAR