EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Sərgi qəzeti

Mobil əlavə

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası
Bakutel - Azərbaycanın internet provayderləri ilə əlaqələr qurulub
Media мərkəz » Xəbərlər

Azərbaycanın internet provayderləri ilə əlaqələr qurulub
04.12.2019

Xəbərlər

Sergey Polovnikov, “Natec” şirkətinin nümayəndəsi

Bizim şirkət mobil rabitə operatorları üçün rəqəmsal transformasiya üzrə xidmətlər sahəsində ixtisaslaşıb. Şirkətimiz maraqlı təcrübəyə malikdir və biz rabitə operatoru xidmətlərinin satışına yeni yanaşma təkli edirik. Müştərilər yalnız istifadə etdikləri xidmətlərə görə ödəniş edir və operator qiymətləndirməni çevik şəkildə dəyişdirə, bununla da bazarda daha rəqabət qabiliyyətli ola bilər. Bizim üçün texnoloji yeniliklərdən biri marketinq fəaliyyətlərinin sürətlə icrasıdır və operator bunun sayəsində bazardakı rəqabət dəyişikliyinə sürətlə reaksiya verir (məsələn, yeni tarif planını reallaşdırır). Ya da digər fəaliyyətlərin təşkilini nümayiş etdirir.

Bu, bizim Azərbaycana ilk səfərimizdir. Yeni işgüzar tanışlıqlar axtardığımız sərgidə iştirak bizi sevindirir. Gözləntilərimiz özünü doğrultdu. İlk növbədə, “Baktelecom”, “Aztelecom” şirkətləri ilə ilkin əlaqələr qurulub. Biz tərəfdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə ümid edirik.

Məncə, sərginin rolu gah azalır, gah da əvvəlki şöhrətini bərpa edir. Lakin istənilən rabitə növünün inkişafına baxmayaraq, şəxsi əlaqələr hələ də öz vacibdir və biz bunun sayəsində xeyli sövdələşmələr bağlayırıq. Mən təşkilatçılara “Bakutel” sərgisinin uğurlu fəaliyyətinin daha 25 il davam etməsini arzulayıram!



TƏRƏFDAŞLAR