EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Mobil əlavə

Hesabatlar
Bakutel - Biz “Bakcell” şirkətinin əsas nailiyyətlərini nümayiş etdiririk
Media мərkəz » Xəbərlər

Biz “Bakcell” şirkətinin əsas nailiyyətlərini nümayiş etdiririk
04.12.2019

Xəbərlər

Reynhard Zuba, “Bakcell” şirkətində Kommersiya məsələləri üzrə Baş direktor

Şirkətimizin əsas tapşırıqları arasında müştərilərə yüksək keyfiyyətli xidmətlər təqdim etmək və onları ən yaxşı servis ilə təmin etməkdir. Biz bu il “Bakcell” şirkətinin nailiyyətlərini nümayiş etdiririk. Dünyaca məşhur “Ookla” şirkəti növbəti dəfə “Bakcell” şirkətini Azərbaycanda ən sürətli mobil internet provayderi adlandırıb. Mobil operator müştərisi üçün ən vacib olan məsələ şəbəkənin keyfiyyəti və sürətidir. Biz isə bunu praktiki olaraq sübut etmişik!

Telekommunikasiya sektorunda mənim 20 ildən çox iş təcrübəm var və bu müddət ərzində bir çox sərgini ziyarət etmişəm, Azərbaycana isə ilk dəfə gəlirəm. “Bakutel 2019” sərgisi mənə çox xoş təsir bağışladı. “Bakutel” telekommunikasiya aləminin ən yaxşı tədbirlərindən və iştirak etdiyim ən məhsuldar sərgilərdən biridir.

Sərgi şirkətin şəbəkələrinin üstünlüklərini nümayiş etdirmək üçün əla fürsət yaradır. Məsələn, “Mənim Bakcell-im” mobil tətbiqi müştəriyə dəstək verən Azərbaycanda ilk virtual ofisdir. “Ulduzum” loyallıq proqramı isə abonentlərə telekommunikasiya sektoru ilə yanaşı, digər sektorlarda da üstünlüklər qazandırır.

Azərbaycanda İKT sənayesi sürətlə inkişaf edir. Mən bütün sektorların daha da inkişaf etməsini arzulayıram, çünki İKT sektoru cəmiyyət və iqtisadiyyatın demək olar ki, bütün sahələrinə fayda verir, sərgi isə bu nailiyyəti əyani şəkildə nümayiş etdirir. Mən təşkilatçı və iştirakçıları yubiley münasibəti ilə məmnuniyyətlə təbrik edir və onlara yeni-yeni uğurlar arzulayıram!

 



TƏRƏFDAŞLAR