EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Mobil əlavə

Hesabatlar
Bakutel - Bakutel 2019: layiqli ildönümü və miqyaslı beynəlxalq əməkdaşlıq
Media мərkəz » Xəbərlər

Bakutel 2019: layiqli ildönümü və miqyaslı beynəlxalq əməkdaşlıq
03.12.2019

Xəbərlər

Dekabrın 3-də, Bakı Ekspo Mərkəzində Yüksək Texnologiyalar Həftəsinin başlamasını qeyd edən 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi Bakutel 2019 öz işinə başladı. Bu il sərgi 25 illik yubileyini yeni bir dinamik brenddə qeyd edir. Sərginin təşkilatçısı Caspian Event Organisers şirkətidir.

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə öz nitqində bunları qeyd edib: Bu dəfə “Bakutel” sərgisi həm də uğurlu fəaliyyətinin növbəti əlamətdar hadisəsini - öz 25 illik yubileyini qeyd edir. İKT sahəsində regionun ən önəmli hadisələrindən birinə çevrilən ənənəvi sərgi qabaqcıl texnoloji nailiyyətlərin və innovasiyaların təqdimatına, biznes əlaqələrinin qurulmasına və təcrübə mübadiləsinə imkan yaradan platforma rolunu oynayır. İnanıram ki, 25-ci yubiley “Bakutel 2019” sərgisi (hər il olduğu kimi) iştirakçılar arasında işgüzar əlaqələrin qurulmasına, habelə təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi cənab Çjao Houlin “Bakutel” sərgisində dəfələrlə iştirak etdiyini qeyd edərək, Azərbaycanda keçirilən sərginin bu regionun ən ardıcıl və daimi tədbiri olduğunu bildirib. Ölkədə İKT sektorunun inkişafı iqtisadiyyatın prioritet sahələrindən biridir və bu gün sektorun böyük nailiyyətlər əldə etdiyini, eləcə də xarici investisiyaların cəlb olunduğunu deyə bilərik. Bu sərgi sözügedən faktı təsdiq edir.

“Caspian Event Organisers” şirkətinin regional direktoru cənab Edvard Stroon 1995-ci ildə ilk “Bakutel” sərgisinin keçirilməsi barədə xatirəsini bölüşüb. Həmin vaxt sərgidə cəmi 25 şirkət iştirak edirdi. Bu il isə dünyanın 23 ölkəsini təmsil edən 238 şirkət sərgiyə qatılıb. “Bakutel” sərgisi 25 il ərzində 160 min ziyarətçini cəlb edib və tədbirdə dünyanın 50 ölkəsindən 3000 şirkət iştirak edib.

Cənab E. Stroon verdiyi dəstəyə görə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Rabitə Sahəsində Regional Əməkdaşlıq Birliyinə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasına (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO), eləcə də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) öz təşəkkürünü bildirib.

25 ildir ki, İT məhsul və xidmətlərin nümayişi üçün əsas sahə olan “Bakutel” sərgisi telekommunikasiya sahəsinin aparıcı oyunçularını bir araya gətirir. Sərgi Xəzər bölgəsindəki ən böyük İT sərgisi olmaqla yanaşı, həmçinin netvorkinq və işgüzar kontaktların qurulması üçün unikal məkandır.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərgini hər il  ziyarət etməyi sərginin yüksək statusunu təsdiq edir.

Yubiley sərgi dünyanın 23 ölkəsini təmsil edən 235 şirkəti bir araya gətirir. Ölkələrinin ticarət palataları və səfirliklərinin dəstəyi ilə ABŞ, Belarus, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin aparıcı İT şirkətlərindən ibarət olan milli qruplar sərgidə iştirak edirlər. Sərgidə “Ericsson”, “Elcore”, “Nokia”, “CISCO”, “Huawei”, “Microsoft” kimi nəhəng xarici şirkətlər yanaşı, eləcə də sərginin baş sponsoru “Azercell”, eləcə də “Bestcomp Group”, “Idrak Technology Transfer”, “Smart Systems Technology” kimi yerli şirkətlər iştirak edir.  Yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin geniş çeşidini “Azərkosmos” və “Rusiya Peyk Rabitəsi” kimi aparıcı peyk operatorları təqdim edir. Sərgi biznes həlləri, kiber təhlükəsizlik texnologiyaları, nanotexnologiyalar, “bulud” texnologiyaları, IoT, peyk texnologiyaları, proqram təminatı, mobil və peyk rabitəsi və digər xidmətləri təqdim edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyi, ASAN və onun E-Gov strukturu - “Elektron Hökumət”, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 11 qurumu Bakutel 2019-də geniş miqyasda iştirak edir.

Bu il sərgidə müxtəlif fəaliyyət sahələri üçün layihələrini təqdim edən Azərbaycandan 50-yə yaxın startap iştirak edir.

Sərgi çərçivəsində "Event" zona fəaliyyət göstərir. Bu zonanın sponsoru qismində “Hewlett Packard Enterprise” şirkəti çıxış edir.

“Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv idarəetmə üzrə həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. Burada yerli və xarici iştirakçılar əyləncə, ağıllı texnologiyalar, rəqəmsal texnologiyalar, məlumatların monitorinqi və təhlili, habelə dövlət sektorundakı rəqəmsal həllər sahəsində ən son nailiyyətləri nümayiş etdirirlər.

Sərgi çərçivəsində 4-5 dekabr tarixlərində “Bakutel TechTalks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Bu unikal platforma sənayenin aktual mövzularını qaldırmağa, sənaye mütəxəssislərinə innovativ məzmun təqdim etməyə imkan verəcək.

Sərgi texnoloji oyunları sevən, robotlar dünyasını görmək istəyənləri heç vaxt diqqətdən kənarda qoymur. Beləliklə, Bakı Ekspo Mərkəzinin foyesində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə əsil Robopark yerləşir. Burada müxtəlif robotların ən yeni robot modelləri nümayiş olunacaq.

Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ITU - Beynəlxalq Telekommunikasiya İttifaqı, Regional Rabitə Birliyi (RRB), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində Caspian Event Organisers şirkəti çıxış edir. Sərginin baş sponsoru “Azercell” şirkətidir. Sərginin sponsoru qismində İsveçrənin “Mitto” şirkəti də çıxış edir.



TƏRƏFDAŞLAR