EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Mobil əlavə

Hesabatlar
Bakutel - AzerTelecom Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üzrə proqramı təqdim edir
Media мərkəz » Xəbərlər

AzerTelecom Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üzrə proqramı təqdim edir
03.12.2019

Xəbərlər

Fuad Allahverdiyev, AzerTelecom şirkətinin Baş direktoru

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom bu il sərgi zamanı öz stendində Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi istiqamətində icra etdiyi “Azerbaijan Digital Hub” proqramını təqdim edir.

Şirkətimiz 2018-ci ildən başlayaraq ölkəmizin sahib olduğu enerji və nəqliyyat mərkəzləri statusuna əlavə olaraq Azərbaycanın həm də regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Digital Hub” proqramını reallaşdırır və proqram çərçivəsində ölkə daxilində və xaricində iri infrastruktur layihələri icra edir. Bunların sırasında Azərbaycan Dövlət Dəmir Yoları QSC ilə birlikdə ölkə daxilində magistral fiber-optik kabel xətlərinin çəkilişi layihəsi, ölkə xaricində isə Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttlərinin çəkilişi layihələri vardır. Bu layihələr imkan verəcək ki, tarixi ipək yolunun üzərində Azərbaycandan keçməklə Avropa ilə Asiya arasında rəqəmsal ipək yolu formalaşsın və ölkəmiz Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionların internet, kontent və gələcəkdə müxtəlif rəqəmsal xidmətlərə olan ehtiyyacının təmin edilməsində həlledici rol oynasın.

Bakutel 2019 sərgisi çərçivəsində müxtəlif yerli və xarici şirkətlərin nümayəndələri ilə faydalı fikir və təcrübə mübadiləsi aparmaq, tərəfdaşlarımızla mövcud əlaqələri daha da genişləndirmək niyyəti ilə gəlmişik və buna tam nail olmuşuq.

Bu il sərgi 25-ci ildönümünü qeyd edir. Bakutel sərgisi ölkəmizdə və xaricdə İKT sektorunun inkişafı istiqamətlərinin izlənilməsi, innovasiyaların nümayişi, yeni əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində çox səmərəli platformadır. Sərginin bundan sonrakı illərdə də belə faydalı olacağına inanıram və 25-ci ildönümü münasibətilə təşkilatçıları təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.



TƏRƏFDAŞLAR