EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Mobil əlavə

Hesabatlar
Bakutel - “Microsoft” şirkəti öz qlobal təcrübələrini bölüşür
Media мərkəz » Xəbərlər

“Microsoft” şirkəti öz qlobal təcrübələrini bölüşür
03.12.2019

Xəbərlər

Panayiotis Ioannou, “Microsoft” şirkətinin Mərkəzi-Şərqi Avropa və Avrasiyanın 24 ölkəsində dövlət sektorun rəhbəri

Microsoft” şirkəti (Nasdaq “MSFT” @microsoft) intellektual “bulud” və intellektual sərhəd erası üçün rəqəmsal transformasiyanı həyata keçirir. Onun missiyası yer kürəsində hər bir şəxsə və hər bir təşkilata daha çox nailiyyət əldə etmək səlahiyyəti verməkdir.

“Microsoft” şirkəti 2005-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Hazırda şirkət dövlət və özəl sektorda çalışır.

“Microsoft” şirkəti insan və təşkilati uğurları artırmağa çalışır.

“Microsoft” şirkətinin Azərbaycan bazarında təklif etdiyi məhsul və həll variantları silsiləsi elektron hökumət, biznesin inkişafı və təhsil sahələrində uğurla tətbiq edilir.

“Microsoft” şirkəti sərgidə effektiv əməkdaşlıq və şəbəkələşmə üçün həll variantı kimi təhsil sahəsində “Minecraft Education Edition” və “Microsoft Teams” həll variantlarını təklif edir. Şirkət tədbirin keçiriləcəyi müddətdə özünün qlobal təcrübələrini bölüşəcək və Əşyaların internetinin hökumətlərə rəqəmsal transformasiya yolunda necə kömək etdiyi barədə məlumat verəcək.

Həmçinin “Microsoft” şirkəti ölkənin rəqəmsal transformasiyasını sürətləndirmək üçün “IoT” və “bulu” texnologiyaları üzrə həll variantlarını Azərbaycana gətirməyə hazır olan “DunavNet”, “SPAN”, “Albars”, “SMART business” və “Mont” kimi uğurlu tərəfdaşlarını da sərgiyə dəvət edib.

“Microsoft” şirkəti uzun illərdir ki, “Bakutel” sərgisində iştirak edir. Bu tədbir regionda ən geniş biznesin şəbəkələşmə platformalarından biridir və biz sərginin 25 illik yubileyi münasibəti ilə sizə ən xoş arzularımızı çatdırırıq!

 



TƏRƏFDAŞLAR