EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Sərgi qəzeti

Mobil əlavə

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası
Bakutel - Daimə yenilənən məhsulları təqdim edirik
Media мərkəz » Xəbərlər

Daimə yenilənən məhsulları təqdim edirik
03.12.2019

Xəbərlər

Tariyel Vahabov, Caspian Supplies şirkətinin direktoru

1997-ci ildə yaradılan Caspian Supplies şirkəti ölkəmizdə IKT avadanlıqların satışı və quraşdırılması ilə məşğuldur. Azərbaycan İKT bazarında özünəməxsus yeri tutan Caspian Supplies müştərilərinə qabaqcıl, daimə yenilənən məhsulları təqdim etməklə qürur duyur. Şirkətin müştəriləri arasında dövlət müəssisələri, eləcə də fərdi sahibkarlıq sektorunun nümayəndələri də var.Azərbaycanda dünyaca məhşur Hewlett-Packard (HP) şirkətinin “Gold Partneru” olan Caspian Supplies həmçinin Microsoft və Xerox şirkətlərinin rəsmi statuslu tərəfdaşıdır.

“Bakutel 2019” sərgisində iştirakımızın məqsədi şirkət olaraq daha çox müştəri sayını artırmaq və özümüzü tanıtmaqdı. Həmçinin İT mütəxəssilərinə və adi alıcılara şirkətin göstərdiyi xidmətləri təqdim etməkdir. Bunların arasında kompüter və printerlərin texniki dəstəyi, IT avadanlıqlarının ,Printer və kartriclərin satışı,proqram təminatının yazdırılması,  müxətlif proqramların ən son versiyalarının kompüterə köçürülməsi, Windows servisin qurulması və ona nəzarət edilməsi, zədə almış disk daşıyıcılardan məlumatın götürülməsi və bərpası, təhlükəsizlik sistemləri kameraların quraşdırılmasını qeyd edə bilərəm. Onu da vurğulayım ki, şirkətimiz bütün satılan malların keyfiyyətinə zəmanət verir və vaxtında çatdırılmasını təmin edir.

“Bakutel” sərgisinin 25-ci ildönümü ilə bağlı təşkilatçıları təbrik edirəm. Arzu edirəm əməkdaşlığımız daha uzun illər davam etsin. Sizinlə işləmək xoşdur. Yolunuz açıq olsun daim.

 



TƏRƏFDAŞLAR