EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Mobil əlavə

Hesabatlar
Bakutel - AvtoGRAF nəqliyyatın monitorinq sistemi – avtomobil parkına tam nəzarət!
Media мərkəz » Xəbərlər

AvtoGRAF nəqliyyatın monitorinq sistemi – avtomobil parkına tam nəzarət!
03.12.2019

Xəbərlər

Aleksandr Rukavişnikov, “TexnoKom” şirkətlər qrupunun texniki direktoru

 “TexnoKom” şirkətlər qrupu 26 ildən artıqdır ki, elektronika və proqram təminatının peşəkar şəkildə hazırlanması və seriyalı istehsalı sahəsində ixtisaslaşıb. Şirkət naviqasiya terminalları, yanacaq səviyyə datçikləri və nəqliyyatın monitorinq sistemi üçün periferiyaların istehsalı üzrə Rusiyada aparıcı mövqe tutur. “TexnoKom” şirkətinin istehsal etdiyi məhsullar artıq ən müxtəlif sənaye sektorlarında 780 000 –dən artıq nəqliyyat vasitəsində quraşdırılıb.

Bizim stenddə şirkətin öz istehsalı olan avadanlıqlar silsiləsi təqdim edilib. Həmçinin ziyarətçilər nəqliyyatın və obyektlərin monitorinqi üçün “AvtoQRAF 7” müasir proqram təminatının geniş imkanları haqqında məlumat ala bilərlər.

Biz ən müxtəlif sənaye sektorları və fəaliyyət sahələri üçün nəqliyyatın monitorinqi üzrə kompleks həll variantlarını təklif edirik. Belə yanaşma aparatura və proqram təminatının funksionallığından maksimum istifadə etmək, eləcə də digər istehsalçıların avadanlıqlarından istifadə edəndə mümkün uyğunsuzluqları istisna etmək imkanı verir. Biz stenddə ən son məhsul və həll variantlarımızı nümayiş etdirməyə hazırıq.

Hazırda Azərbaycan bazarında nəqliyyatın monitorinqi üçün faktiki olaraq bir proqram platforması təqdim edilib, eləcə də müvafiq periferik avadanlıqlar komplekti çox məhduddur. Belə alternativ çatışmazlığı müştərilərə imkan vermir ki, nəqliyyat vasitələri, işçilər və müxtəlif obyektlərin monitorinqi üzrə tam və yüksək keyfiyyətli həll variantları əldə etsinlər. Bizim əsas məqsədimiz regional tərəfdaşımız olan “ENGROUP” şirkəti ilə birlikdə dinamik şəkildə inkişaf edən və artıq digər ölkələrdə də yaxşı tanınan “AvtoQRAF” nəqliyyatın monitorinq sisteminin geniş imkanlarını stendimizdə nümayiş etdirməkdir.

Hər il keçirilən “Telekommunikasiya, İnnovasiya və Yüksək texnologiyalar” sərgisini 25 illik yubileyi münasibəti ilə təbrik edirik. Bu tədbirin gözəl təşkilatçılığını qeyd edərək, “Bakutel” sərgisinə daha da inkişaf etməsini, bütün iştirakçı və ziyarətçilərə isə səmərəli iş və işgüzar əlaqələrin genişlənməsini arzulayırıq.



TƏRƏFDAŞLAR