EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Mobil əlavə

Hesabatlar
Bakutel - Robotlar həblərin qablaşdırması və çatdırılması prosesində iştirak edəcəklər
Media мərkəz » Xəbərlər

Robotlar həblərin qablaşdırması və çatdırılması prosesində iştirak edəcəklər
20.11.2019

Xəbərlər

Stenford Universitetinin alimləri Stanford Sağlamlıq Mərkəzinin şəhərciyində açılmış yeni xəstəxananı robotlar ilə təchiz ediblər. Avtomatlaşdırılmış maşınlar fərdi həb dəstlərini qablaşdırmaq və xəstələrə çatdırmaq üçün istifadə olunur.

Robotlar pasiyenti müalicə edən həkim tərəfindən yazılmış dərmanların fərdi hissələrinin qablaşdırmasıyla məşğul olacaqlar. Kiçik çatdıranlar qrupu həblərin aparılmasıyla məşğul olacaqlar. Bundan əlavə 23 robot paltarların yuyulması və tullantıların atılması məqsədi ilə tibb müəssisəsinin personalına kömək edəcəklər.

hightech.fm saytının məlumatına əsasən, robotlarla yanaşı, xəstəxana “ağıllı ev” texnologiyaları ilə təchiz edilib. “MyHealth” mobil proqramının köməyindən istifadə edərək xəstələr həkimlə əlaqə saxlaya, kondisioner və otaqdakı işıq səviyyəsini idarə etmək imkanına malik olacaqlar.

Hələ ki, bu kimi xəstəxananın inşası bahadır. Stenford Universiteti layihəyə təxminən 2,1 milyard dollar xərcləyib. Eyni zamanda, alimlər avtomatlaşdırmanın məhsuldarlığı artıracağını və xəstəxana işçilərinin, eləcə də həkimlərin daha əhəmiyyətli məsələləri yerinə yetirmək üçün vaxt itkisindən azad olacaqlarını güman edirlər.



TƏRƏFDAŞLAR