EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

2 - 4 dekabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Sərgi qəzeti

Mobil əlavə

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası
Bakutel - Xəzər İnnovasiya Konfransi 2019: “Əşyalarin İnterneti: Müasir Cəmiyyətin Təməli”
Media мərkəz » Xəbərlər

Xəzər İnnovasiya Konfransi 2019: “Əşyalarin İnterneti: Müasir Cəmiyyətin Təməli”
20.11.2019

Xəbərlər

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sahəvi çağırışların, həmçinin innovasiya və yüksək texnologiyalar sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsü ilə çıxış etmişdir.

Xəzər İnnovasiya Konfransının “BakuTel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində təşkil olunması və ilbəil “Genişzolaqlı bağlantı”, “Əşyaların İnterneti”, “Süni İntellekt”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” və s. kimi mövzuları əhatə etməsi nəzərdə tutulur.

İKT xidmətləri və həllərinin inkişafında genişzolaqlı internet infrastrukturunun həyati önəm daşıdığı və Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışın olmadığı bir şəraitdə keçən ilki konfrans “Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı” mövzusunda təşkil olunmuşdur.

Xəzər İnnovasiya Konfransı 2018 tədbiri rəqəmli uçurumun azaldılması, xarici investisiyalar üçün bağlantı imkanlarının yenidən nəzərdə keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sahəvi sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya gətirmişdir.

Xəzər İnnovasiya Konfransı 2019 tədbirinin “Əşyaların İnterneti: müasir cəmiyyətinin təməli” mövzusunda təşkili planlaşdırılır.

Konfransda Əşyaların İnterneti üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu həllərinin tətbiqi və istifadəsi üçün hüquqi və tənzimləmə məsələləri müzakirə olunacaqdır.

Xəzər İnnovasiya Konfransı 2019 tədbirinin təşkilatçıları plenar sessiyalar çərçivəsində baş tutacaq müzakirələr üçün müxtəlif dövlətlərin hökumət rəsmilərini, tənzimləyici qurumların rəhbərlərini, mobil operatorların, qlobal vendorların və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.

Ətraflı məlumatı http://www.caspianinnovation.az/az/ əldə edə bilərsiniz. 



TƏRƏFDAŞLAR