Xəbərlər

Bakutel - İşgüzar səhər yeməyi “bakutel“ sərgisinin iştirakçıları üçün

İşgüzar səhər yeməyi “bakutel“ sərgisinin iştirakçıları üçün

19.11.2019

Xəbərlər

19 noyabr tarixində “bakutel“ sərgiləri çərçivəsində “Hyatt Regency Baku” otelində sərgi iştirakçıları üçün işgüzar səhər yeməyi təşkil olunub.

Səhər yeməyi zamanı iştirakçılara işgüzar əlaqələr qurmaq üçün sərginin təmin etdiyi imkanlardan maksimum dərəcədə faydalanmağın vacibliyi vurğulanıb. Eləcə də sərgidə səmərəli iştirak üçün təşkilatçılar tərəfindən təqdim olunan pulsuz xidmətlər haqqında məlumat verilib.

Təşkilatçılar ümid edirlər ki, səsləndirilmiş faydalı məsləhətlər şirkətlərin sərgidə iştirakı zamanı uğurla tətbiq ediləcək.