EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - Şamaxıda “İnnocamp” innovasiya yay düşərgəsi keçiriləcək
Media мərkəz » Xəbərlər

Şamaxıda “İnnocamp” innovasiya yay düşərgəsi keçiriləcək
28.08.2019

Xəbərlər

29-31 avqust tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “İ2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində Şamaxıda “İnnocamp” innovasiya yay düşərgəsi təşkil olunacaq.

Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək düşərgədə cari ildə Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində baş tutmuş startap turlarının finalçıları iştirak edəcəklər. 18 komandanı təmsil edəcək 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçiriləcək. Onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat veriləcək.

Təlim, master klas və vorkşoplardan ibarət proqramın əsas hissəsi AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ərazisində baş tutacaq. Təlimlərdən sonra startapçılar öz layihələrini təqdim edəcək və milli finala vəsiqə qazananlar müəyyən olunacaq.

 Qeyd edək ki, milli finalda ümumrespublika üzrə I, II və III yerlərin qalibləri müəyyənləşəcək və onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

“İnnocamp” çərçivəsində dövlət qurumlarının, 15 inkubasiya mərkəzinin, 4 texnoparkın, eləcə də bir sıra nüfuzlu İKT şirkətlərinin nümayəndələrinin və akseleratorların iştirakı ilə dəyirmi masalar təşkil olunacaq. Əsas məqsəd bu sahədə bilik mübadiləsi və ümumi ekosistemin formalaşdırılmasının müzakirə edilməsidir.  

Düşərgədə həmçinin, iştirakçılar üçün əyləncə proqramı da nəzərdə tutulub.

Xatırladaq ki, “İ2B-İdeyadan Biznesə” layihəsi ölkəmizdə startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarına dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması ənənələrinin formalaşdırılması məqsədilə həyata keçirilir.




TƏRƏFDAŞLAR