EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

Stendin rezervasiyası

Sərginin programı

İştirakçıların siyahısı

Dəvətnaməni əldə edin
bakutel - Azərbaycanda Milli Məkan Məlumatları İnformasiya Sistemi qurulur
Media мərkəz » Xəbərlər

Azərbaycanda Milli Məkan Məlumatları İnformasiya Sistemi qurulur
25.07.2019

Xəbərlər

Bakı. Sara İsrafilbəyova - Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi ilə İsrailin "Ofek Aerial Photography" şirkəti arasında Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.

Trend-in məlumatına görə, müqavilə "Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları" mövzusunda Bakıda keçirilən konfrans çərçivəsində imzalanıb. Sənədi komitənin sədrinin müavini Rüstəm Şahbazov və “Ofek Aerial Photography” şirkətinin vitse-prezidenti Oded Erfat imzalayıblar.

Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması üçün cari vəziyyət öyrənilir və bu infrastrukturun qurulmasına dair qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə müvafiq təkliflərin təqdim edilməsi həyata keçirilir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin cəlb edilməsi üzrə açıq tender keçirilib və İsrailin “Ofek Aerial Photography” şirkəti tenderin qalibi elan edilib.



TƏRƏFDAŞLAR