Xəbərlər

Bakutel - “Bakutel” sərgisi işgüzar əlaqələrin inkişafına müsbət təsir edir

“Bakutel” sərgisi işgüzar əlaqələrin inkişafına müsbət təsir edir

07.12.2018

Xəbərlər

Andrey Dmitriyev, “Newtec” (Belçika) şirkətinin Rusiya və MDB ölkələrində regional satış və biznesin inkişafı üzrə direktoru

- Mən bu sərgiyə Azərbaycandakı köhnə tərəfdaşlarımın dəvəti ilə gəlmişəm. Biz həmin şirkətlərin nümayəndələri ilə səmərəli görüşlər keçirmişik. Bundan başqa, bu region üzrə cavabdeh əməkdaş kimi, mən ümumilikdə yerli bazarı öyrənməli və əlavə əlaqələr qurmalıyam. Sərgidə müxtəlif xarici ölkələrin milli stendlərinin təşkilini bəyəndim.

Mən bütün dünyada keçirilən sərgiləri tez-tez ziyarət edirəm. Ümumiyyətlə, “Bakutel” sərgisinin təşkilatçılıq səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəkdir! Mən əminəm ki, belə tədbirlər işgüzar əlaqələrin inkişafına müsbət təsir edir və ola bilsin ki, gələn il biz yenidən, lakin bu dəfə iştirakçı qismində görüşəcəyik.