EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Sərgi qəzeti

Stendin rezervasiyası

Hesabatlar

Rəsmi kataloq
bakutel - Aktual informasiyaların faydası
Media мərkəz » Xəbərlər

Aktual informasiyaların faydası
07.12.2018

Xəbərlər

İlqar İbrahimov, departament direktoru, “Bank of Baku”

Hər il “Bakutel” sərgisini ziyarət etmək mənim üçün ənənəyə çevrilib. Mənim məqsədim İKT yenilikləri, eləcə də yeni təklif və xidmətlər ilə tanış olmaqdır. Bu sahə bank işində çox vacibdir. Telekommunikasiyanın belə intensiv şəkildə inkişaf etdiyi bir vaxtda istənilən informasiya faydalı olur. Bu baxımdan sərginin ziyarət zəruri hesab edirəm. Bu tədbir xarici şirkətlərin yeni məhsulları ilə tanış olmağa kömək edir. Bütün bunları əyani şəkildə görmək, onları mütəxəssislər ilə müzakirə etmək çox yaxşı imkandır və bu cəhət internetdən informasiya almaqdan həmişə daha effektlidir. Sərginin təşkilatçılıq səviyyəsindən çox razıyam. Ümumiyyətlə isə hesab edirəm ki, iştirakçı şirkətlər praktik təqdimatlar çərçivəsində ümumi informasiyaları təqdim etməkdənsə, daha hazır məhsulları nümayiş etdirməlidir. Məhz bu amil maraqlanan insanlarda yeni məhsul və xidmətlər yaratmaq ideyasını dərindən anlamağa sövq edir.



TƏRƏFDAŞLAR