EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - Prezident İlham Əliyev “Biznesə elektron dəstək sistemi” ilə tanış olub
Media мərkəz » Xəbərlər

Prezident İlham Əliyev “Biznesə elektron dəstək sistemi” ilə tanış olub
05.12.2018

4 dekabr tarixində “Bakutel 2018” sərgisi çərçivəsində Kiçik və Orta Biznesə Dəstək Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Məlumat Hesablama Mərkəzi ilə birlikdə hazırlanmış “Biznesə elektron dəstək xidməti”ni Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə təqdim edib.

Həmçinin, KOBİA agentliyinin debüt etdiyi sərgidə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell” və “Bakcell” şirkətlərinin dəstəyi, xüsusilə də startapların, mikro, kiçik və orta müəssisələrin yardımı ilə Kiçik və orta sahibkarlığa (KOS) dəstək proqramının təqdimatı keçirilib.

Yaradılmış “Biznesə dəstək sistemi” portalı ölkədə sahibkarların maraqlarını qorumağa və onların ərizələrinə “onlayn” rejimdə operativ şəkildə baxmağa imkan verəcək.

“Sistem sahibkarı avtomatik olaraq tanıyacaq, ona xüsusi kod verilir. İş adamı sadəcə ərizə formasını doldurmalı və göndərməlidir. Bütün prosessual məsələlər portal vasitəsilə şəffaf şəkildə həll edilir” – deyə Orxan Məmmədov “Bakutel” sərgisində keçirilən təqdimatda bildirib.

Onun sözlərinə görə, portal vasitəsi ilə Agentlik bütün apelyasiya sistemini idarə edə bilər, növbəti mərhələdə isə digər hökumət saytlarının da portala inteqrasiyası gözlənilir.

Həmçinin “Bakutel” sərgisində “Bakcell” şirkəti ilə müştərək “Golden Pay”, “e-mobile”, “iticket”, “Morooq Exams” və “Ticketsetup” layihələri təqdim edilib.

Ziyarətçiləri həm də sahibkarlar üçün loyallıq proqramı, “SMART-IT” (veb-təhlükəsizlik və informasiya məlumatlarının təhlükəsizliyini təminetmə proqramı), eləcə də İT xidmətləri və İT konsaltinq ilə bağlı olan “IDEA” layihəsi maraqlandırır.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli sərəncamına əsasən, İqtisadiyyat Nazirliyinin tərkibində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. Prezidentin 26 iyun 2018-ci il tarixli sərəncamı ilə Agentliyin nizamnaməsində, strukturunda, eləcə də kiçik və orta biznesdə mikro, kiçik və orta sahibkarlara təqdim edilən xidmətlərin siyahısı təsdiq edilib.



bottom

TƏRƏFDAŞLAR