EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - Nazirliklərarası sistemin yaradılması təcrübəsini paylaşırıq
Media мərkəz » Xəbərlər

Nazirliklərarası sistemin yaradılması təcrübəsini paylaşırıq
07.12.2018

Xəbərlər

Dmitriy Afanasenko, “Milli elektron xidmətlər mərkəzi”ndə texniki-sistem infrastrukturuna dəstək bölməsinin rəhbəri

- “Milli elektron xidmətlər mərkəzi” müəssisəsi Belarus Respublikasının Prezidenti yanında operativ analitik mərkəzin dəstəyi ilə yaradılıb və dövlətin qarşımıza qoyduğu əsas tapşırıqlar elektron sistemlərin, elektron hökumət sektorunun inkişafı, nazirliklərarası sənəd dövriyyəsi sisteminin hazırlanması və dəstəklənməsi, elektron xidmətlərin dövlət portalının hazırlanması, tətbiqi və istismarından ibarətdir. Şirkətin strukturuna elektron şifrə və imzalar, elektron sənəd dövriyyəsi sistemlərinin kommersiya istiqamətləri, “elektron arxiv”, “virtual MEM” (Məlumat emal mərkəzi), eləcə də yeni istiqamət olaraq, “Xidmət növü kimi - masaüstü” xidmətləri ilə məşğul olan Respublika doğrulama mərkəzi də daxildir. Belarusun bütün dövlət təşkilatları öz elektron sənəd dövriyyəsi sistemlərini əldə etməli və öz aralarında elektron poçt mübadiləsi etməlidirlər. Hazırda elektron sənəd dövriyyəsi sisteminə təxminən 17 min təşkilat qoşulub.

Biz sərgidə şirkətimiz haqqında məlumat vermək, nazirliklərarası sistemin yaradılması üzrə təcrübə ilə bölüşmək və Azərbaycanda elektron sistemlərin tətbiqi sahəsində xidmətlər təklif etmək niyyətindəyik. Bizim xidmətlərimizə maraq göstərən həm dövlət, həm də kommersiya təşkilatları ilə görüşməkdən məmnun olarıq.

Sərgi mükəmməl təşkil edilib, pavilyonlarda xoş işgüzar mühit hökm sürür. Bizim stendə olan marağın göstəricisi kimi qeyd edə bilərəm ki, sərginin ikinci iş günü bukletlərimiz və məlumat vərəqələrimiz demək olar ki, bitib.



bottom

TƏRƏFDAŞLAR