Xəbərlər

Bakutel - “Bakutel” sərgisi çoxları üçün mühüm marketinq vasitəsidir

“Bakutel” sərgisi çoxları üçün mühüm marketinq vasitəsidir

07.12.2018

Xəbərlər

Hacıbaba Məsimov, “Aabacus” MMC, Bakı

- Mən hər il mümkün əməkdaşlıq sahələrini axtarmaq üçün “Bakutel” sərgisini ziyarət edirəm. Bu, inkişaf edən istiqamətlər barədə xəbərdar olmaq və işgüzar əlaqələrin sayını artırmaq üçün vacibdir. Biz Azərbaycanda təmsil edə biləcəyimiz və müvafiq olaraq, öz işgüzar təkliflərimiz ilə maraqlandıra biləcəyimiz tərəfdaşlar axtarırıq. İxtisaslaşmış sərgilər əməkdaşlıq baxımından həmişə səmərəli olur, “Bakutel” sərgisi isə bir sıra ziyarətçi üçün mühüm marketinq vasitələrindən biridir. Bu tədbirdə yerli şirkətlərin iştirakının stimullaşdırılması üçün xüsusi proqramın hazırlanmasını vacib hesab edirəm. sərginin keyfiyyəti, sənaye şirkətlərinin iştirakı, startapların say baxımından artması, eləcə də kütləvi ziyarət həm məhsuldar işə,  həm də sektorun, xüsusilə də bu sektorun ayrı-ayrı istiqamətlərinin inkişafına zəmanət verir.