Xəbərlər

Bakutel - Əlaqələr qurmaq üçün əla fürsət

Əlaqələr qurmaq üçün əla fürsət

06.12.2018

Xəbərlər

İqor Voloqin, “Eurodesign” şirkəti

İKT sahəsinin mütəxəssisi kimi, mən on ildir ki, bu sərgini ziyarət edirəm. Yeni şirkətlər ilə görüşmək, onların mövqe və təkliflərini öyrənmək, əlaqə mübadiləsi aparmaq həmişə maraqlıdır. Bu il tədbirdə orta biznesi təmsil edən xeyli sayda iştirakçını görmək mümkündür. Həqiqətən də bu, maraq doğurur!

Sərgi əlaqələr qurmaq üçün əla fürsətdir. Ümidvaram yeni kontaktlar mənim üçün faydalı olacaq, nəticə gətirəcək. Sərgilər yerli şirkətlərin özünü göstərməsi, xarici şirkətlərin isə özünü tanıtması üçün zəruridir, ümumilikdə isə tədbir sənayenin qlobal inkişafına xidmət edir. Şübhəsiz ki, bu istiqamətdə işi davam etdirmək lazımdır.

Milli stendlərin iştirakını xüsusilə qeyd etmək istəyirəm. Bir neçə xarici şirkəti ortaq bir stenddə birləşdirmək əla ideyadır və Qərb texnologiyalarını, innovasiyaları təhlil etməyə imkan verir.