Xəbərlər

Bakutel - “Bakutel” - peşəkarları bir araya gətirən populyar məkan

“Bakutel” - peşəkarları bir araya gətirən populyar məkan

06.12.2018

Xəbərlər

Arzu Sultanov və Süleyman Əhmədov, “AzərRabitəLayihə” LAK

Telekommunikasiya sahəsi inamlı templərlə inkişaf edir. Bu sərginin tematikası bizə doğmadır. Biz hər il “Bakutel” sərgisini ziyarət edirik. Bugünkü sərgi yaxşı təşkilatçılığı ilə fərqlənir. Müasir dünyada “Bakutel” sərgisi təcrübə mübadiləsi üçün populyar görüş yerinə çevrilib.

Yeni texnologiyalar barədə məlumatlı olmaq, inkişaf etmiş istiqamət və məhsulların təmayülünə qatılmaq üçün sərgiləri ziyarət zərurətə çevrilir. Burada həmişə çox maraqlı məlumatlar ilə zənginləşmək, konkret biliklər öyrənmək mümkündür. Məsələn, biz “BELtelekom” şirkətinin nümayəndələri ilə ən son “GPON” texnologiyası barədə səmərəli söhbət etdik. Sərgidə bazarın daha çoxsaylı tanınmış iştirakçılarını görmək, onların mütəxəssisləri ilə görüşlər keçirmək istərdik. Əminik ki, Azərbaycan yaxın gələcəkdə onların yenilikçi xidmətlərindən istifadə edəcək.