Xəbərlər

Bakutel - Müştəri bazasını genişləndirməyin vacibliyi

Müştəri bazasını genişləndirməyin vacibliyi

06.12.2018

Xəbərlər

Maksim Juravkin və İvan Zamyatin, “Soyuz kabel” (Belarus) şirkəti

 - Biz artıq ikinci ildir ki, “Bakutel” sərgisini ziyarət edirik. Bizim müəssisə MDB ölkələrini, o cümlədən Azərbaycanı təmsil edən bir sıra şirkətlər ilə əməkdaşlıq edir. Bugünkü ziyarətimizin məqsədi yerli bazar ilə daha sıx əlaqələr qurmaq, öz müştəri bazamızı genişləndirmək və gələcəkdə düzgün inkişaf etmək üçün yeni məhsullarla tanış olmaqdır. Sərgi bu baxımdan mühüm vasitədir və yeni, zəruri əlaqələr tapmağa kömək edir. Heç bir kütləvi informasiya vasitəsi və ya telefon əlaqəsi rəqabətli dialoq şəraitində canlı ünsiyyət qədər effektli və səmərəli ola bilməz. Biz dünyada keçirilən ixtisaslaşmış sərgiləri tez-tez ziyarət edirik. “Bakutel” sərgisini yüksək səviyyədə təşkil edilmiş tədbir hesab edirik. Maraqlarımızı və fəaliyyət sahəmizi nəzərə alaraq, gələcəkdə iştirakçılar arasında telekommunikasiya sahəsində inşaat şirkətlərini də görmək istərdik.