EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - Sərgi həm işgüzar insanlara, həm də yeni nəslə lazımdır
Media мərkəz » Xəbərlər

Sərgi həm işgüzar insanlara, həm də yeni nəslə lazımdır
06.12.2018

Xəbərlər

Yaşar Hacıyev, “İPAC” konsultasiya şirkətinin direktoru

- Mən uzun illərdir ki, “Bakutel” sərgisini ziyarət edirəm və təsdiqləyə bilərəm ki, sərginin keyfiyyəti ildən-ilə artır. Əlbəttə, bu əsasən təşkilatçıların əməyi sayəsində mümkün olub. Mən vurğulamaq istəyirəm ki, Azərbaycan bazarının xüsusiyyətlərini nəzərə alsaq, sərgiyə perspektivli şirkətlər dəvət edilib. Bu gün sərgini yeni şirkətlərin, təmayüllərin, onların təqdim etdikləri yeniliklərin və bu sahəyə maraq göstərən insanların sayı baxımından çox bəyəndim. Öz  brendinin yeni istiqamətlərini təqdim edən “Honeywell” şirkəti də məni sevindirdi. Mən ANSU-da müəllim çalışdığım üçün bura öz tələbələrimlə gəlmişəm və qeyd etmək istəyirəm ki, sərgi işgüzar insanlar ilə yanaşı, həm də yeni nəslə lazımdır. Sərgi bu sahədə ən mühüm istiqamətlər barədə məlumat almağa, bu sahədə təhsil almaq və işləmək üçün gələcəkdə hansı layihələrə tələbat olacağını müəyyənləşdirməyə kömək edir.



bottom

TƏRƏFDAŞLAR