EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - “Azərpoçt” ASC-dən çoxsaylı yenilik və təkliflər
Media мərkəz » Xəbərlər

“Azərpoçt” ASC-dən çoxsaylı yenilik və təkliflər
07.12.2018

Xəbərlər

Günel Gözəlova, “Azərpoçt” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri

- “Azərpoçt” ASC-nin ekspozisiyasında bir sıra yenilik təqdim edilir. Bunların arasında elektron ölçmə, özünəxidmət terminalı və s. xidmətlər təklif olunan tam avtomatlaşdırılmış poçt şöbələri yer alır. Həmçinin stendimizdə kommunal və digər ödənişlər üçün populyar “SmartPay” terminalları təqdim edilir. Daha bir yenilik sutka boyu əmanətlərin yerləşdirilməsi, bank hesablarının tamamlanması və digər əməliyyatlar üçün nəzərdə tutulmuş “SafeDeposit” avtomatlaşdırılmış qurğusudur. Operatorun iştirakı olmadan valyuta mübadiləsi üçün nəzərdə tutulmuş “Exchange” aparatı çox maraqlıdır. Bütün bu yenilikləri tezliklə paytaxtın küçələrində görə biləcəksiniz.

Bu yaxınlarda “Azərpoçt” ASC sarı və mavi rəngləri seçməklə, rebrendinq həyata keçirib. Rebrendinq çərçivəsində bütün müasir tələblərə cavab verəcək “Azərpoçt” ASC-nin müasir veb-saytının hazırlıq işləri gedir.

Azərbaycanda ilk poçt kontorunun yaradılmasının 200 illik və Poçt və Teleqraf Nazirliyinin 100 illik yubileyləri münasibəti ilə Bakı Ekspo Mərkəzinin foyesində “Azərpoçt” ASC-nin ekspozisiyasını xüsusi qeyd etmək istəyirəm.

Bizim əsas məqsədimiz “Azərpoçt” ASC tərəfindən tətbiq edilmiş yenilik və innovasiyaları geniş auditoriyaya təqdim etməkdir. Sərgi həmişəki kimi yüksək səviyyədə keçir. Bu forumun keçirilməsi çox vacibdir, çünki bu tədbirə hazırlıq iştirakçıların üzərinə müəyyən məsuliyyət qoyur, yeni orijinal ideya və məhsulları reallaşdırmağa sövq edir, bununla da sağlam rəqabəti stimullaşdırır. Arzu edirəm ki, “Bakutel” sərgisi hələ uzun illər öz iştirakçı və ziyarətçiləriniz sevindirsin!



bottom

TƏRƏFDAŞLAR