EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - Aviatorlar üçün yeni servis
Media мərkəz » Xəbərlər

Aviatorlar üçün yeni servis
06.12.2018

Xəbərlər

Andrey Estrov, “Silk Way Business Aviation” şirkətində uçuşların təftişi bölməsinin rəis müavini

- Uçuş və eniş prosedurlarının uçuş yoxlanılması üzrə yeni servisi təqdim edirik. Məsələ ondadır ki, yeni uçuş-eniş zolaqlarının tikintisi və ya hava limanı ərazisində hər hansı dəyişiklik zamanı aerodromun bütün zonaları yenidən hesablanır: müəyyən yüksəkliklərdə məlum koordinatları birləşdirən trayektoriya kimi, uçuş və eniş proseduraları müəyyən edilir. Bunları avtomatik olaraq yerinə yetirməklə, hava gəmiləri zolağa enir və zolaqdan qalxaraq yola düşür. Proqram təminatının köməyi ilə hesablamadan sonra real hava gəmisində effektivlik, onun tətbiqinin mümkünlüyü və təhlükəsizliyi də dəyərləndirmək lazımdır. Bunun üçün isə uçuş təftişi tələb olunur. Biz məlumatları layihəçinin sistemi tərəfindən verilən formatda qəbul edir, onları hava gəmisinə yükləyir, ilkin təhlil aparır, bu proseduralarda mühüm məqamları əsasən əks etdirən trayektoriyanı razılaşdırır və uçuş yoxlaması keçiririk. Uçuş yoxlaması zamanı bütün parametrlər qeydə alınır, bundan sonra biz nəticələri münasib formada sifarişçiyə təqdim edir, o isə həmin nəticələri öz sisteminə daxil edir.

Biz prosedurların layihələndirilməsi üçün proqram təminatlarının layihəçilərini, uçuşların təhlükəsizliyinin təhlili sahəsində analitikləri, aviasiya avadanlıqlarının istehsalçılarını, digər peşəkarları stendimizdə görməkdən məmnun olarıq. Sərgi yüksək səviyyədə keçir, texniki innovasiyalar təqdim edilən stendləri, dolğun işgüzar proqram və yüksək səviyyəli  qonaqları bir araya gətirir.




TƏRƏFDAŞLAR