EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya
və Yüksək Texnologiyalar Sərgi və Konfransı

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Rəsmi kataloq

Sərgi qəzeti
BAKUTEL - Sürücü və sərnişinlərin yüksək təhlükəsizliyi
Media мərkəz » Xəbərlər

Sürücü və sərnişinlərin yüksək təhlükəsizliyi
06.12.2018

Xəbərlər

Pərvin Məmmədova, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi

- Yaxın vaxtlarda avtovağzal kompleksinin daxilində sürücü və sərnişinlərin təhlükəsizliyini təmin edən yeni nəqliyyat mübadilə mərkəzi istismara veriləcək. Biz bunun üçün “SAP” və “CISCO” şirkətləri ilə birlikdə iki layihə hazırlamışıq.

“CISCO” şirkəti ilə birlikdə hazırlanmış pilot layihə kompleksin işini dəyişdirmək, eləcə də onun fəaliyyətinin təhlükəsizliyini təmin etmək üçün rəqəmsal resurslardan istifadəyə yönəlib. “SAP” şirkəti isə təhlükəsiz nəqliyyat konsepsiyasını təqdim edir. Belə ki, bizim stenddə üzərində datçiklər yerləşdirilmiş gödəkcə ilə tanış ola bilərsiniz. Bu gödəkcə sürücünün cari vəziyyətini – nəbzinin sayını, nəfəsalma və başqa göstəriciləri real vaxtda hesablayır və həmin məlumatları dispetçer məntəqəsinə ötürür. Bu məlumatlar əsasında sürücünün işə nə dərəcədə hazır olduğunu müəyyən etmək olar. Həmçinin, iki avtobusu (hərəkət hissəsində və salonda olmaqla) datçiklər ilə təmin etmişik v bu datçiklər salonda rütubət, vibrasiya və karbon dioksit qazının miqdarını ölçür və sərnişindaşımanın keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Sürücü kabinəsində və hər qapının qarşısında yerləşdirilmiş kameralar isə sərnişinlərin sayını müəyyən edir, bu da sərnişin axınını real vaxtda idarə etməyə imkan verir.

Bizim məqsədimiz yenilikləri avtovağzal kompleksinin potensial sərnişinlərinə təqdim etməkdir. Sərgi yeni məhsulları ən geniş auditoriyalara təqdim etmək imkanı verən ideal platformadır. Sərgi yüksək səviyyədə keçir, biz stendimizə böyük maraq müşahidə edirik.



TƏRƏFDAŞLAR