EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - Biz ən son üçölçülü “3D” printerləri təqdim edirik
Media мərkəz » Xəbərlər

Biz ən son üçölçülü “3D” printerləri təqdim edirik
05.12.2018

Xəbərlər

Koray Kurhan, “Zaxe” şirkətinin baş meneceri və idarəedici tərəfdaşı

- Müasir dövrün ən son məhsulunu – şəxsi istehsal olan “3D” printerləri təqdim edirik. Üçölçülü printerlər sənayenin inamlı inkişafını təmin etmək iqtidarındadır, buna görə də onlara dördüncü sənaye inqilabi deyirlər. Avadanlıqlar Türkiyədə istehsal olunur, biz analoji istehsal obyektini Azərbaycanda da yaratmaq istəyirik. Azərbaycan “Yüksək texnologiyalar parkının” dəstəyi ilə yaxın vaxtlarda layihəni reallaşdırmağa başlamaq niyyətindəyik.

“3D” çap müxtəlif materiallardan, əsasən plastikdən istifadə etməklə böyük həcmli predmetləri istehsal etməyə imkan verir. Yaxın gələcəkdə metal predmetlər hazırlayan printerlərin istehsalına başlayacağıq. Üçölçülü printerlər detalların və ya bütövlükdə predmetin prototiplərini sürətlə yaratmaq üçün nəzərdə tutulub. İstifadəçi bu və ya digər obyektin təsvirini göndərir və çıxışda hazır məhsulu əldə edir. Bununla yanaşı, hərəkət edən detallar ilə məhsulu dərhal əldə etmək imkanı da mövcuddur. Belə printerlər mühəndislər, avadanlıq istehsalçıları, ixtiraçılar və başqaları üçün əvəzsizdir. Müəssisəyə bir predmetin sifarişini vermək baha başa gələcək, lakin həmin predmeti minimal xərclə printerdə əldə etmək mümkündür.

Həcmli çap imkanlarının yerli auditoriyaya təqdimatı uğurla keçib. Memarlar, mühəndislər, istehsal şirkətlərinin, müdafiə sənayesini təmsil edən şirkətlərinin və başqa müəssisələrin nümayəndələri ilə görüşməkdən məmnun olarıq. Tədbir əla təşkil edilib və məhsulu beynəlxalq səviyyədə təqdim etməyə imkan verir.



bottom

TƏRƏFDAŞLAR