EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - Dünyada tanınan proqram layihəçisinin silsilə məhsullar
Media мərkəz » Xəbərlər

Dünyada tanınan proqram layihəçisinin silsilə məhsullar
05.12.2018

Xəbərlər

Səid Mədətov, “BMS Global” şirkətinin satış və marketinq üzrə direktoru

– “BMS Global” şirkəti “SAP” şirkətinin Azərbaycandakı rəsmi tərəfdaşıdır və dünyada tanınan bu proqram təminatı layihəçisinin təşkilatlar üçün nəzərdə tutulmuş bütün məhsullarını təqdim edir. Bizim şirkət “SAP” şirkətinin beynəlxalq səviyyəli məhsulları üzrə təxminən 40 sertifikatlı məsləhətçisi olan yeganə müəssisədir.

“SAP” şirkətinin məhsulları biznes proseslərinin avtomatlaşdırılmasını təmin edir. “SAP” şirkəti mühasibat uçotu, ticarət, istehsal, maliyyə, kadrların idarə edilməsi və müəssisələrin buna bənzər digər daxili proseslərini avtomatlaşdırılmış idarəetmə sistemlərinin istehsalını həyata keçirir. “BMS Global” şirkəti “SAP” şirkətinin məhsullarının tətbiqinin bütün tsiklini, o cümlədən quraşdırma, lisenziya satışı, texniki dəstək və s. təmin edir.

Biz bu sərgidə iştirak etməklə öz fəaliyyətimizi və “SAP” şirkətinin məhsullarını diqqətə çatdırmaq, potensial müştərilər ilə faydalı tanışlıqlar qurmaq niyyətindəyik. Şirkət və müəssisələrin İT departamentlərinin rəhbərləri, öz təşkilatlarında biznesin avtomatlaşdırılması üçün sistemlərin tətbiqi barədə qərarlar qəbul edən insanlar ilə görüşlər keçirməyə ümid edirik.

Bütün iştirakçılara uğurlu fəaliyyət arzulayır və maraqlanan hər kəsi stendimizə dəvət edirik!



bottom

TƏRƏFDAŞLAR