EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - İKT sahəsində Xorvatiya-Azərbaycan əməkdaşlığının genişlənəcəyini gözləyirik
Media мərkəz » Xəbərlər

İKT sahəsində Xorvatiya-Azərbaycan əməkdaşlığının genişlənəcəyini gözləyirik
05.12.2018

Xəbərlər

Aleksandr Fridman, Xorvatiya İqtisadiyyat Palatasının nümayəndəsi (Xorvatiya) – Xorvatiyanın birləşmiş stendi

Biz artıq yeddinci dəfədir ki, “Bakutel 2018” sərgisində iştirak edirik və bura bir neçə şirkət ilə gəlmişik. Bu şirkətlərdən bəziləri Azərbaycanda biznes layihələri reallaşdırır, digərləri isə tərəfdaşlar tapmağa ümid edir. İKT sahəsində Xorvatiya – Azərbaycan əməkdaşlığının genişlənəcəyini gözləyirik.

Xorvatiyanın “Span” şirkəti “Microsoft” şirkətinin sertifikatlı həll variantları üzrə qızıl tərəfdaş statusuna malikdir və Böyük Britaniya, ABŞ, Sloveniya, Çexiya, Almaniya, Ukrayna və Azərbaycanda nümayəndəlikləri olan çoxmillətli İT şirkətidir. Şirkətin 5 qitədə yerləşən 43 ölkəni təmsil edən 3000-dən artıq müştərisi var.

“Span” şirkətinin əsas səlahiyyətli servis və məhsulları arasında “bulud” miqrasiyası (tibbi xidmət sahəsi üzrə həll variantı), İT infrastrukturlarının konsolidasiyası və inteqrasiyası, “CRM” həll variantları, maşın təlimi və robotlaşdırma, “Нi End Enterprise” (yüksək səviyyəli müəssisə) həll variantı, operativ dəstək xidmətləri (monitorinq və idarəetmə) yer alır. Xorvatiyanın “Banksoft” şirkəti “Paşa Bank” (Azərbaycan) ilə uğurla əməkdaşlıq edir.

2010-cu ildə təsis edilmiş “Info Novitas” şirkəti qlobal İT bazarında əlaqələrini genişləndirmək niyyətindədir və resurslardan optimal istifadə, xərclərin və biznes risklərinin azaldılması ilə biznes proseslərinin keyfiyyətlə idarə edilməsinə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahəsində müasir həll variantlarının hazırlanması üzrə xidmətlər təklif edir. Şirkətin əsas müştəriləri əsasən dövlət sektorunu təmsil edən iqtisadi təşkilatlardır.

Ötən illər ərzində Azərbaycanın infrastruktur və telekommunikasiya sektorunda müsbət dəyişikliklərin baş vermə tempi bizi heyrətləndirib və Xorvatiya və Azərbaycan şirkətləri arasında əməkdaşlığın dərinləşəcəyinə ümid edirik. Xorvatiyanın İqtisadiyyat Palatasının tezliklə Bakıda öz ofisini açması istisna deyil.




TƏRƏFDAŞLAR