EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - Bütün startaplar üçün “Idealizer” layihəsi!
Media мərkəz » Xəbərlər

Bütün startaplar üçün “Idealizer” layihəsi!
05.12.2018

Xəbərlər

Emil Abbasov, “Idealizer” layihəsinin həmtəsisçisi

- “Idealizer” layihəsi startaplar üçün nəzərdə tutulmuş özünəməxsus başlanğıcdır. İnsan öz işinə başlayanda təcrübə və praktikası olmadığı üçün ona düzgün yanaşma tərzini bilmir. Biz tərəfdaşlarımız ilə birlikdə uğurlu iş adamlarının öz ideyalarını startaplar ilə paylaşa biləcəkləri internet platforması yaratmaq qərarına gəldik. Startaplar bizim köməyimizlə öz ideyalarını reallaşdıra bilərlər. Biz onları lazımi sahəyə yönləndirə, yaxşı tövsiyələr verə bilərik. Startaplar bizim platformanın bazasında asanlıqla savadlı təqdimat hazırlaya bilərlər, daha perspektivli layihələr ilə video-təqdimat ilə müşayiət olunur.

Artıq bizim öz bazamız var və buraya etibarnaməyə malik olduğumuz 40 mindən artıq yerli və xarici investor barədə informasiya daxildir. Biz hazırlanmış layihələri öz platformamız vasitəsi ilə onlara təqdim edəcəyik. Bu platformanı ən perspektivli layihələrin axın edəcəyi postsovet ölkələri üçün regional qovşağa çevirmək niyyətindəyik.

“Bakutel 2018” sərgisi peşəkar mühitdə bizim debütümüzün əsasını təşkil edib. Sərginin bütün ziyarətçiləri bizim üçün maraqlıdır, çünki burada həm bizim platformanın inkişafına kömək edə biləcək potensial tərəfdaşlar, həm də bu platforma sayəsində inkişaf edə biləcək istifadəçilər ilə görüşmək mümkündür. Sərgi startaplara artan marağı mükəmməl şəkildə nümayiş etdirir, belə ki, startaplar biznesə start vermək, habelə həmin biznesi və ümumiyyətlə iqtisadiyyatı inkişaf etdirmək üçün optimal yoldur.




TƏRƏFDAŞLAR