EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - Video-konsultasiya: seçiminizə uyğun istənilən həkim!
Media мərkəz » Xəbərlər

Video-konsultasiya: seçiminizə uyğun istənilən həkim!
05.12.2018

Xəbərlər

Ceyhun Cəfərov, “Tap2Doc” şirkətinin həmtəsisçisi

- Biz sərgidə Azərbaycanın “Yüksək texnologiyalar parkı” çərçivəsində startap qismində iştirak edirik. “Tap2Doc” video-konsultasiya vasitəsi ilə bütün dünyada potensial pasiyentlər ilə həkimləri əlaqələndirən “ОС Android”, “İOS” və veb sistemləri üçün nəzərdə tutulmuş platformadır. Proqramın məqsədi potensial pasiyentin yerləşdiyi məkandan asılı olmayaraq, qısa vaxt ərzində müstəqil şəkildə lazımı həkimi tapa bilməsi ilə bağlıdır. Biz tətbiqi hazırlayanda “Uber” şirkətinin təcrübəsindən istifadə etmişik: istifadəçi arzu edilən həkimin zəruri parametrlərini daxil edir və nəticələr əldə edildikdən sonra ona uyğun olan hansı həkimlə əlaqə saxlamağı özü müəyyən edir.

Hazırda bizim baza “Beta” mərhələsindədir, sınaqlar gedir və bütün dünyada 1000 nəfərdən artıq həkimin məlumatları daxil edilib. Biz bu bazanı komandamızın üzvü olan, 20 ildən artıq müddətdə Almaniya və Türkiyədə çalışmış və peşəkar əlaqələrə malik olan təcrübəli həkimlərin tövsiyələri əsasında hazırlamışıq. Biz gələn ilin əvvəlində bu tətbiqi bazara çıxarmaq niyyətindəyik.

Sərgidə iştirak etməkdə məqsədimiz bizim üçün faydalı ola biləcək digər iştirakçılar, onların imkanları, potensial investorlar və başqaları ilə tanış olmaqdır. “Bakutel” sərgisinin əsas üstünlüyü şəbəkələşmə, yeni faydalı tanışlıqlar yaratmaq imkanıdır. Məsələn, bizim stendin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin stendi yerləşir və biz artıq həmin agentliyin nümayəndələri ilə əhəmiyyətli söhbət aparmışıq. İnvestisiya fondlarının və biznes akselerasiya sahəsini təmsil edən şirkətlərin nümayəndələrini stendimizdə görməkdən məmnun olarıq.



bottom

TƏRƏFDAŞLAR