EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Sərgi qəzeti

Stendin rezervasiyası

Hesabatlar

Rəsmi kataloq
bakutel - HHQ üçün taktiki simulyator konsepsiyası
Media мərkəz » Xəbərlər

HHQ üçün taktiki simulyator konsepsiyası
05.12.2018

Xəbərlər

Cəlal Rəhimov, “A-Z Tech” şirkətinin nümayəndəsi

– Biz istənilən ölkənin hərbi hava qüvvələri üçün taktiki simulyatorun tamamlanmış konsepsiyasını təklif edirik. Əsas ideya virtual reallıqda təyyarənin məkan mövqeyi üzrə mobil (səyyar) quraşdırılmasından ibarətdir və bunun sayəsində tam immersiya effekti təmin edilir. Qurğunun kapsulu üç ox üzrə 360 dərəcə fırlanır və proqram dünyanın üçölçülü modelini yaradır. Bu virtual aləmə eyni anda 500 nəfərə qədər iştirakçını daxil etmək mümkündür və bu da simulyatorun bütün hərbi qüvvələrin nəhəng taktiki hazırlıq sisteminin tərkib hissəsi olmasına imkan verir. Bu qurğunu HHM, quru qoşunları, hərbi dəniz donanması və digər hərbi qüvvələrə inteqrasiya etmək mümkündür. Sistem bütün prosesləri məsafədən idarə etməyə, onları dayandırmağa, geri çəkməyə, müxtəlif ssenariləri işləməyə imkan verir.

Biz sərginin işində iştirak etməklə ziyarətçilərin yeni məhsula qarşı reaksiyasını təhlil etmək istəyirik, çünki layihə böyük beynəlxalq potensiala malikdir. Digər simulyatorlar ilə müqayisədə bu sistem bir neçə dəfə ucuz başa gəlir və iştirakçıların konkret məkanda toplaşmasını tələb etmir. Bu hal nəqliyyat xərclərinə, adan-saat və başqa resurslara qənaət etməyə imkan verəcək.

Biz daha çox məhsulu yaxşılaşdırmaq məqsədi ilə əlaqə yaratmaq üçün proqram təminatının hazırlanması ilə məşğul olan şirkətlərin nümayəndələri, aparaturanı proqram təminatı ilə birləşdirən mütəxəssislər arasında potensial tərəfdaşlar tapmaq istərdik.

Sərgi çox maraqlı və dolğundur. Eksponentlərin tərkibi tədbirin əhəmiyyətini göstərir: Burada Belarus, Türkiyə və digər ciddi iştirakçılar təmsil olunub.



TƏRƏFDAŞLAR