EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - İT sahəsi üzrə həll variantlarının etibarlı layihəçisi
Media мərkəz » Xəbərlər

İT sahəsi üzrə həll variantlarının etibarlı layihəçisi
05.12.2018

Xəbərlər

Şabi bin İmam, “Xerrow Technologies” (BƏƏ) şirkətinin satış üzrə meneceri

Bizim şirkət beynəlxalq “Bakutel” sərgisində debüt edir və bu tədbir sayəsində Azərbaycanda tərəfdaşlar tapmaq ümid edir. “Xerrow Technologies” şirkəti informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir, müxtəlif sahələr və şəxsi müştərilər üçün proqram üzrə həll variantları hazırlayır. Bu özəl şirkət 2015-ci ildə təsis edilib, lakin artıq dünyada İT sahəsi üzrə həll variantlarının etibarlı layihəçisi kimi tanınır. Azərbaycan fəal şəkildə inkişaf edir və biz bu bazarda rabitənin təmin edilməsi sahəsində öz imkanlarımızı dəyərləndirmək, şirkətimiz üçün  bazar tapmaq istəyirik. Həmçinin, biz “Xerrow Technologies”  şirkətinin Azərbaycanın texnoloji inkişafının intensivləşməsinə necə kömək edə biləcəyini anlamaq istəyirik. Şirkət beynəlxalq “Bakutel” sərgisi çərçivəsində “B2B” formatlı görüşlər (şirkətlər, dövlət sektoru çərçivəsində danışıqlar), və “B2C” görüşlər (yerli “startaplar”, fərdi şəxslər üçün) keçirəcək. Biz əməkdaşlığa, habelə müştərilərin tələbatına uyğun olaraq proqram üzrə həll variantlarını təklif etməyə hazırıq. “Xerrow Technologies” şirkəti dünyada ən sürətlə inkişaf edən peşəkar şirkətlərdən biridir, şirkətin Baş ofisi Dubay şəhərində yerləşir. Həmçinin, şirkət veb-dizayn, mobil tətbiqlərin hazırlanması sahəsində ixtisaslaşıb.




TƏRƏFDAŞLAR