EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - İtaliya istehsalçılarının müasir həll variantları
Media мərkəz » Xəbərlər

İtaliya istehsalçılarının müasir həll variantları
05.12.2018

Xəbərlər

Şahin Abbasov, İtaliya-Azərbaycan Ticarət Palatasının meneceri (İtaliyanın kollektiv stendi)

İtaliya-Azərbaycan Ticarət Palatası (“Itazercom”) “Bakutel” sərgisində telekommunikasiya sahəsində fəaliyyət göstərən İtaliyanın bir neçə şirkətini təqdim edir. Bunların arasında “ELETTRONICA” şirkəti və onun törəmə müəssisəsi olan “CY4GATE” şirkəti, eləcə də “DBA Group” və “GEM elletronica” şirkətləri yer alır.

 “ELETTRONICA” şirkəti əməliyyat sistemlərinin ən mürəkkəb tələblərinə cavab vermək üçün kompleks müasir həll variantları ilə kiber-elektron müharibə sahəsində qlobal liderdir. Təxminən beş ildir fəaliyyət göstərən İtaliyanın “CY4GATE” şirkəti “ELETTRONICA” və “Expert System” şirkətlərinin – semantik intellekt əsasında innovativ həll variantları sahəsində qlobal liderlərin birgə müəssisəsidir. Şirkətin yeni tələbatlı layihəsi: “360* Project in the 5th Domain” (5-ci domendə 360* layihəsi). Ümumiyyətlə, “ELETTRONICA” şirkəti dünyanın təxminən 30 ölkəsində tətbiq edilən 2,700 kiber-sistem hazırlayıb.

Özəl “DBA Group” şirkəti İT xidmətlər, xüsusilə də veb-dizayn, proqram təminatı və məlumat bazası, hostinq, serverlərin virtuallaşdırılması, İT autsorsinq xidmətləri və şəbəkələrin təhlükəsizliyinin təmin edilməsi sahəsində xidmətlər təklif edir.

“GEM elettronica” şirkəti dövlət obyektlərinin təhlükəsizliyi üzrə avadanlıqlar istehsal edir və mürəkkəb və innovasiv texnologiyalar üzrə məhsulları, o cümlədən optik-lif giroskoplar (OLG), aktiv lazerlər və inersiyal naviqasiya sistemlərini müştərilərə rəqabətli qiymətə təklif etməklə fotonika sahəsində Avropa bazarının əsas iştirakçısıdır. Bütün bu şirkətlər Azərbaycanda biznesin inkişafında maraqlıdır və ümid edir ki, “Bakutel” sərgisi buna kömək edəcək.



bottom

TƏRƏFDAŞLAR