EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - Bu gün biz yeni layihəyə start veririk!
Media мərkəz » Xəbərlər

Bu gün biz yeni layihəyə start veririk!
04.12.2018

Xəbərlər

Elçin Məmmədov, “BestComp Group” (Azərbaycan) şirkətinin məhsul meneceri

Bizim şirkət bütün “Bakutel” sərgilərində iştirak edir və hər tədbirin gedişində yeni məhsullar təqdim etməyə çalışır. 2018-ci ilin yayında “BestComp Group”, “Microsoft” və “AzİnTelekom” şirkətləri ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında dövlət strukturlarında 20 min yerin leqallaşdırılması, eləcə də pulsuz “Windows” və “Office” proqramlarının vasitəsi ilə tələbələrin tədrisinə köməklik göstərilməsi barədə saziş imzalanıb. Bu layihənin operatoru kimi, biz Azərbaycanın 7 universitetini əhatə edən “Edulicense” portalını yaratdıq və 4 dekabr tarixində “Bakutel” sərgisi çərçivəsində həmin portalın işinə start veririk!

Bizim şirkət sistem inteqrasiyası, məlumat emalı mərkəzləri üçün həll variantları, proqram təminatı üzrə məhsullar, informasiya təhlükəsizliyi,  pərakəndə satış və digər İT xidmətlər sahəsində Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında aparıcı müəssisələrdən biridir.

“BestComp Group” şirkəti “Hewlett Packard Enterprise” və “Aruba” şirkətlərinin platin tərəfdaşı, “HP Inc.” və “Oracle” şirkətlərinin qızıl tərəfdaşı, “Microsoft” şirkətinin distribyutoru və nəhəng reselleri, bir sıra nəhəng qlobal istehsalçıların səlahiyyətli tərəfdaşıdır. “BestComp Group” şirkəti “ISO 9001 : 2015” beynəlxalq keyfiyyət sertifikatı alıb və bu da öz növbəsində müştərilərə təqdim edilən xidmətlərin keyfiyyət göstəricisidir. Bu sərginin şəksiz faydasını qeyd etmək lazımdır, çünki bu tədbir şirkətlər üçün öz məhsulları haqqında məlumat vermək imkanı yaratmaqla yanaşı, həm də dünya yenilikləri ilə tanış olmaq imkanı verir.




TƏRƏFDAŞLAR