EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

İştirakçıların siyahısı

Stendin rezervasiyası

Sərginin programı

Dəvətnaməni əldə edin
bakutel - Yeni hostinq provayderindən aktual təkliflər
Media мərkəz » Xəbərlər

Yeni hostinq provayderindən aktual təkliflər
04.12.2018

Xəbərlər

Fərəh Sadıxova, “Hostimul” (Azərbaycan) şirkətinin təmsilçisi

Hostinq provayder kimi fəaliyyət göstərən şirkətimiz “Bakutel” sərgisində debüt edir və biz ümidvarıq ki, belə genişmiqyaslı tədbir yeni müştərilər, tərəfdaşlar tapmaqda, beynəlxalq işgüzar əlaqələrin qurulmasında bizə kömək edəcək.

“Hostimul” şirkəti 2017-ci ildə Azərbaycanda fiziki şəxslər tərəfindən təsis olunub. Şirkət istənilən veb-saytın yaradılmasında ən mühüm şərt olan domen adarının münasib qiymətə, diferensial tariflərlə, habelə bütün sistemlərin fasiləsiz işləyəcəyinə dair zəmanətlə qeydiyyata alınması sahəsində ixtisaslaşıb.

Şirkətin təklif etdiyi digər xidmətlər arasında “VPS-cloud” – virtual hostinq, seçilmiş serverin icarəsi xidməti yer alır. Şirkət analoji şirkətlər ilə rəqabətə, hətta xarici bazara çıxmağa hazırdır, çünki, şirkət qabaqcıl texnologiyalara malikdir, belə ki, şirkətin əsas Məlumat mərkəzləri ABŞ və Fransada yerləşir.

Şirkətin aparaturası ən son texnoloji tələblərə cavab verir, biz keyfiyyətli xidmətlər, sutkaboyu texniki dəstək təklif edirik. İşin fasiləsizliyi 99,8% təşkil edir. Bizdən hostinq almaqla əlavə xidmətlər, o cümlədən pulsuz “SSL-sertifikat” (şifrələnmiş qoşulmanı quraşdırmaq üçün istifadə edilir və məlumatları istifadəçinin və serverin brauzerləri arasında təhlükəsiz şəkildə ötürməyə imkan verir),  virusların gündəlik yoxlanılması xidmətləri əldə edirsiniz.

Biz “Bakutel” sərgisində iştirak etməklə istəyirik ki, daha çox insan şirkətimizi tanısın, ciddi şirkətlərin bizim məhsullara maraq göstərəcəyinə ümid edirik. Sərgi çərçivəsində uğurlu olacağına inandığımız “B2B” görüşlər keçirəcək, bir sıra danışıqlar aparacağıq.



bottom

TƏRƏFDAŞLAR