EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - Nağdsız ödəniş perspektivləri
Media мərkəz » Xəbərlər

Nağdsız ödəniş perspektivləri
04.12.2018

Xəbərlər

Emin Sultanov, “Paynet” (Azərbaycan) şirkətinin layihə rəhbəri

“Paynet” şirkəti 2011-ci ildən etibarən Azərbaycan ərazisində ödəmə aqreqatoru funksiyasını yerinə yetirir. Şirkət “Bakutel” sərgisində daim fəal iştirak edir. Stendimizin ziyarətçilərinə perspektivli gələcəyi olan istiqamət kimi, ölkədə nağdsız ödəniş metodları barədə ətraflı məlumat verilir.

Şərti olaraq desək, “Paynet” Azərbaycanda müxtəlif şirkətləri 300 növ xidmət haqqını ödəmək imkanı ilə təmin edən böyük və vahid qovşaqdır.

Həmçinin, şirkət müstəqil şəkildə fiziki və hüquqi şəxslər üçün ödəmə üzrə unikal həll variantını – sərgidə təqdim etdiyimiz “Elektron Xəzinə” layihəsini hazırlayıb. İstənilən fiziki və hüquqi şəxs ölkənin bütün ödəniş sistemlərindən istifadə etməklə, nağd və nağdsız hesablaşmaların köməyi ilə məsafədən ödənişləri bu sistem vasitəsi ilə qəbul edə bilər.

Biz ödəniş sistemi üçün vahid təchizatçı şlüzü təklif edirik. “Paynet” sisteminə qoşulmaqla, ödəmişlərin qəbul coğrafiyasını genişləndirmək və bütün dünyada müxtəlif provayderlər ilə əməkdaşlıq etmək mümkündür.

Bizim sistem real vaxt rejimində işləyir və istənilən sövdələşmə maliyyə əməliyyatının təhlükəsizliyi təmin edilməklə 10 saniyədən çox davam etmir. Bütün məhsullar yerli layihəçilər tərəfindən hazırlanıb.

Biz çox şadıq ki, “Bakutel” sərgisində iştirak edirik, çünki bu, bizə yeni etibarlı tərəfdaşlar tapmaq imkanı yaradır.




TƏRƏFDAŞLAR