EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
BAŞ SPONSOR
bakutel

Dəvətnaməni əldə edin

Mobil əlavə

Sərgi qəzeti

İnnovasiyalar Zonası
Bakutel - “Bakutel Tech Talks”: maraqlı şəxslər ilə görüşmək fürsətini əldən qaçırmayın!
Media мərkəz » Xəbərlər

“Bakutel Tech Talks”: maraqlı şəxslər ilə görüşmək fürsətini əldən qaçırmayın!
29.11.2018

Xəbərlər

Cari ilin 5-6 dekabr tarixində mütəmadi olaraq hər il keçirilən “Bakutel” sərgisi Bakı Ekspo Mərkəzində ilk dəfə olaraq “Bakutel Tech Talks” layihəsini – sənaye sahəsində fikir formalaşdıran nüfuzlu şəxslər ilə müzakirələr üçün müasir təmayüllü platformanı təqdim edəcək.

Dekabr ayının 5-də “Bakutel Tech Talks” platforması “Bizimkilər” sessiyası ilə öz işinə başlayacaq. Sessiyanın bu cür adlandırılmasını şərtləndirən amil isə xarici ölkələrdə “LG Electronics”, “Google” və “Facebook” kimi dünyaca məşhur İT şirkətlərində, eləcə də Niderland Krallığının Leyden Qabaqcıl Kompyuter Elmləri İnstitutu (LIACS) və Avropa Nüvə Araşdırmaları Təşkilatında (“CERN”) çalışan həmvətənlərimizin tədbirdə spiker qismində çıxış etməsi ilə bağlıdır. “Bizimkilər” sessiyasının məqsədi tədbirə toplaşan auditoriyanı nəhəng beynəlxalq İT şirkətlərinin təcrübəsi, eləcə də sənaye yenilikləri və istehsal sirləri ilə tanış etməkdir.

6 dekabrda  isə “Bakutel Tech Talks” çərçivəsində “Baxış bucağınızı İT-iləyin!” şüarı altında panel müzakirələri keçiriləcək. Burada əsas ideya teleradio yayım, nəqliyyat, təhsil və turizm kimi müəyyən sahələrdə tələb olunan İT texnologiyalar və həll variantlarıdır. Tədbirin məqsədi rəqəmsal innovasiyaların istehlakçıları və təchizatçıları arasında dialoq qurmaqdır. Elə həmin gün “Bakutel Tech Talks” öz işini “Startap-dan böyük biznesə” sessiyası ilə davam etdirəcək. Startap və gənc iş adamlarının dəvət olunduğu bu sessiyada təcrübəli məruzəçilər dinləyiciləri istənilən ideyanı reallaşdırmağın mümkün olması xüsusunda əmin etməyə çalışacaqlar. Sessiyanın ilk parlaq çıxışı biznesin qurulması və startapların işə başlaması sahəsində tanınmış ekspert, habelə iri investor və sahibkar, İsraildə bir neçə biznes-akseleratorların və beynəlxalq innovasiya mərkəzlərinin rəhbəri Tal Katranın məruzəsi olacaq. Sessiyanın digər maraqlı məruzəçiləri arasında isə “Sumaks Technologies” şirkətinin direktoru Cavid Məmmədov, “Technote Media” və “Hotbots Robotics” şirkətlərinin təsisçisi Fərid Pərdəşünas və “PictoFy” şirkətinin proqram təminatı üzrə gənc layihəçisi Məqrur Rzayev yer alır.

“Bakutel Tech Talks” çərçivəsində maraqlı insanlar ilə görüş fürsətini əldən buraxmayın! Əgər hələ qeydiyyatdan keçməmişsinizsə, o zaman tələsin, çünki yerlər məhduddur!

“Bakutel Tech Talks” barədə daha ətraflı məlumat əldə edərək qeydiyyatdan keçmək üçün bu linkə daxil ola bilərsiniz: https://bakutel.az/az-TechTalksEvent/.



bottom

TƏRƏFDAŞLAR