EN
RU
Şəxsi kabinet
25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,
İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

3 - 6 dekabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
bakutel

Stendin rezervasiyası

Sərgi qəzeti

Hesabatlar

İştirakçıların siyahısı
bakutel - İKT sahəsinin 10 ən güclü qadını mükafatlandırılacaq
Media мərkəz » Xəbərlər

İKT sahəsinin 10 ən güclü qadını mükafatlandırılacaq
27.11.2018

Xəbərlər

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunda qadınların rolu artmaqdadır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də öz növbəsində qadınların İKT sahəsində fəaliyyətinin genişlənməsinə dəstək göstərir. Belə ki, nazirliyin təşəbbüsü ilə 2014-cü ildə Bakutel sərgisində Azərbaycanda İKT sahəsində çalışan qadınları birləşdirən Azərbaycan Qadınlarının İKT Klubu təsis olunub.

Azərbaycan Qadınlarının İKT Klubu – "Femmes Digitales" İT sahəsində qadınların mükafatlandırılması – #AWITA təşəbbüsünü həyata keçirir. Bu, ölkəmizdə texnologiya sahəsində fəaliyyət göstərən qadınların tanınmasına həsr olunmuş ən böyük tədbirlərdən biridir.

Tədbir son 12 ay və ya daha uzun müddət ərzində qadınların texnologiya sahəsində əldə etdikləri uğurları və innovasiyaları nümayiş etdirir, yeni vəzifə modellərini müəyyənləşdirir. Həmçinin bu sektorun aparıcı qüvvələri arasında əlaqələrlə bağlı gələcək dialoqların keçirilməsinə təşviq edir.

 Mükafat, eyni zamanda, bu sahədə "yeni doğulan ulduzlar"a, yəni İT sahəsində xidmət göstərən və sürətlə inkişaf edən, o cümlədən öz iş yerlərində gender bərabərsizliyinin azaldılması istiqamətində çalışan xanımlara təqdim olunur.

Qaliblər 10 kateqoriya üzrə vendor, distributor, özəl və dövlət qurumlarının aidiyyəti nümayəndə və rəhbərlərindən ibarət münsiflər heyəti tərəfindən seçilir.
 
İKT sahəsində çalışan ilin 10 ən güclü qadını 5 dekabr tarixində keçiriləcək təltifetmə mərasimində elan olunacaq.




TƏRƏFDAŞLAR